WhatsApp Image 2020 08 29 at 10.33.06Ukraynanın müdafiə sənayesi müəssisələri Azərbaycan Müdafiə Nazirliyi üçün “Kolçuqa” komplekslərini uğurla təmir edib və modernləşdiriblər. Bu texnika avtomatlaşdırılmış radiokəşfiyyat stansiyasıdır.

Ordu.az xəbər verir ki, bu barədə “Ukrayna hərbi portalı” mənbələrinə istinadən məlumat yayıb.Azərbaycan 2012-ci ildə imzalanan müqaviləyə əsasən “Kolçuqa” kompleksləri alıb. Rəsmi Bakının nə qədər kompleks aldığı dəqiq məlum deyil, çünki müqavilə hələ yerinə yetirilməyib. 

Ukraynanın Donetsk ərazisində münaqişə başladığı üçün burada yerləşən və “Kolçuqa” stansiyalarını, “Mandat” radioelektron müharibə sistemləri istehsal edən “Topaz” zavodu istehsalı dayandırıb.

Buna görə Donetskdəki istehsal müəssisəsi Azərbaycan stansiyalarının təmirində və modernləşdirilməsində iştirak etməyib. Bu işlər “Ukrspetsexport” vasitəsi ilə həyata keçirilib. Təmir və modernləşdirmə işləri üçün hansı müəssisələrlə müqavilə bağlandığı bildirilməyib.

Passiv radiolokasiya stansiyası 600 kilometr məsafəyə qədər yerüstü hədəfləri müəyyən etməyə və izləməyə imkan verir. “Kolçuqa” sistemləri həmçinin, 10 kilometr hündürlükdəki hədəfləri də müəyyən etmək qabiliyyətinə malikdir.

Aktiv şüalanması olmadığı üçün “Kolçuqa” sistemlərinin düşmənin radioelektron mübarizə vasitələri tərəfindən aşkar olunması ehtimalı çox aşağıdır.

Sevinc Əliyeva
Ordu.az

araz.az xəbər portalı.