298513Müdafiə Nazilriyi növbəti dəfə gülünc bəyanatla çıxış edib. Belə ki, işğalçı ölkə Azərbaycan və Türkiyəyə qarşı hərbi əməliyyatlarda istifadə etmək məqsədi ilə 100 min nəfər könülüdən ibarət ordu qurmaq niyyətini bəyan edib.

Maraqlıdır, həqiqi hərbi xidmətdən kütləvi şəkildə imtina edən erməni gəncləri hesabına 100 min ordu qurmaq iddiası nə dərəcədə realdır? Əsgərlərinin ərzaq və geyim ehtiyaclarını belə ianələr hesabına əldə edən Ermənistanın, belə bir ordu qurmaq üçün maliyyə imkanları mövcuddurmu?

Moderator.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə, düşmən tərəfinin bu bəyanatını Ermənistanın səsləndirdiyi növbəti nağıl kimi dəyərləndirdi:

 

“Görünən odur ki, Ermənistan yeni bri nağıl danışmağa başlayır. Birincisi, Ermənistanın bunun üçün elə bir resursu yoxdur. İkincisi, Ermənistanda gənclər müxtəlif yollarla orduda xidmətdən boyun qaçırır, ölkəni tərk edirlər. Üçüncüsü, belə bir ordu formalaşdırmaq üçün Ermənistanın maliyyə imkanları yoxdur. 100 min nəfərlik ordu söhbəti xof yaratmaq, ermənilərin özünün Ermənistan ordusuna inandırmaq üçün ortaya atılan bir nağıldır. Ermənistandan fərqli olaraq, 10 milyonluq Azərbaycan əhalisinin hər biri Azərbaycan dövlətinin əsgəridir. Tovuz döyüşlərində minlərlə gəncimizin heç bir çağırış gözləmədən Tovuza doğru yol alması, paytaxt və regionlarda insanlaırn orduya dəstək üçün küçələrə çıxması göstərdi ki, insanlarımız torpağını sevir və onu müdafiə etməyə hazırdır.

Ermənistan isə növbəti dəfə fantastik bəyanatlar verməkdədir. Lakin bunlar onu xilas etməyəəck. Ermənistan işğaldakı torpaqlarımızı azad etməlidir. Azərbaycan ərazi bütövlüyün təmin etmək üçün bütün imkanlardan istifadə edəcək”.

Seymur ƏLİYEV

araz.az xəbər portalı.