f 16 larjpg 1598641651Bu gün Yunanıstana məxsus 6 F-16 qırıcı təyyarələri Türkiyənin NAVTEX elan etdiyi əraziyə daxil olmaq istəyib.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yunan təyyarələri Türkiyə F-16-ları tərəfindən qarşısı kəsilib və onlar geri dönməyə məcbur edilib.

Nazirlik bildirib ki, Türkiyə dəniz və hava qüvvələri Aralıq dənizində ölkənin bütün haqq və mənafelərini qorumaqda sonsuzdakə qərarlıdır.

Bu arada Prezident Rəcəb Tayyib Ərdoğanın NATO-nun Baş katibi Yens Stoltenberqlə telefon danışığı olub.

Ərdoğan bildirib ki, Türkiyə Şərqi Aralıq dənizində öz hüquq və mənafelərini müdafiə etməyə davam edəcək: “Biz buraa bütün ölkələrin qazanacağı barışçıl ortamın tapılmasındam yana dialoq tərəfdarıyıq. NATO isə beynəlxalq hüquqa zidd olaraq bölgədə təktərəfli gərginlik yaradan tərəfə qarşı mövqeyni ortaya qoymalıdır”.

Mia.az

{loadmoduleid 245}

 

 

araz.az xəbər portalı.