Daha sonra müraciətdə deyilir: “Yardımlı rayonu Mahir Mirzəyevin qanunları ilə idarə olunur. Burada Azərbaycan dövlətinin qanunları keçərli deyil. Müavinin xoşuna gəlməyən, başçının da xoşuna gəlmədiyindən hamı Ayaz Əsgərovla yox, Mahir Mirzəyevlə dil tapmağa çalışır.
Buna görə də Mahir Mirzəyev də rayona ayrılan büdcə pullarını öz istədiyi kimi mənimsəyir. Yardımlı rayonunda Mahir Mirzəyev rayona ayrılan dəftərxana xərci, abadlıq xərci və Yardımlı rayonu üçün ayrılan digər xərclərin hamısını öz müəssisələrinə yönəldir, qarşılığında nazirliyə faiz verir və qalan məbləği icra başçısı ilə birlikdə qara yollarla talan edir.
2019-cu il üçün ayrılan xərclərin hara xərcləndiyi və hara köçürüldüyünü araşdırsalar və buna əyani sübut olaraq kifayət qədər faktlar ortaya çıxar. Bir sözlə, rayona ayrılan vəsait iki məmur yəni, Mahir Mirzəyev və icra başçısı Ayaz Əsgərov tərəfindən şəxsi hesaba yönəlir. Yardımlı rayon məşğulluq üzrə nə işçilər var hamısı M.Mirzəyevlə Ayaz Əsgərovun qapısından keçməlidir. İş üçün müraciət edən şəxs 500 manat verməlidir. DTX yoxlamalar aparsa, M.Mirzəyevin kabinetində yüzlərlə kartın olduğunun şahidi olarlar. Ümumiyyətlə, şikayət olan təqdirdə Mahir Mirzeyev deyir ki, gedin kimə istəyirsiz, deyin… Onun dediyinə görə, 2005-ci ildən belə işləyibmiş. Məşğulluğa təyin etdikləri müdir elə məhz onların sifarişini yerinə yertirir. Təyin olunan Fikrət müəllim birbaşa M.Mirəzyevin pul yığanıdır”.
Daha sonra məktub müəllifi rayon sakinləri adından aidiyyatı qurumlardan Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və müavini Mahir Mirzeyev barəsində tədbir görmələrini istəyir. DTX-nı Yardımlı rayon icra Hakimiyyətində görmək istəyirik ki, bu haqsızlığa, özbaşınalığa son qoyulsun. Hörmətli qurumlar, Yardımlı rayon büdcəsi Mahir Mirzeyevlə Ayaz Əsgərovundur. Rayon sakinləri olaraq batıb gedirik. Həbs edilən digər icra başçıları Mahir Mirzeyevin yanında yalandır”.
Qarşı tərəfin də mövqeyini öyrənmək üçün rayon icra hakimiyyətinin İnformasiya təminatı və təhlil sektoru ilə əlaqə saxlasaq ki, zənglərə cavab verən olmadı.
Onların mövqeyini dərc etməyə hazırıq….
araz.az xəbər portalı.