Ombudsman Səbinə Əliyevanın Ramiz Mehdiyevin nəvəsinin toyunda geyindiyi libasın qiyməti sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Savash.org xəbər verir ki, sözügedən libas məşhur “Valentino” brendindəndir. Bu geyim həmin brendin Fashion V-Neck Lace Dress seriyasındandır. İddiaya görə, məşhur “Valentino” brendinin məlum seriyasından olan geyimlərin qiyməti 2860 dollardan (4862.00 AZN) başlayır.
Bu arada isə sosial şəbəkələrdə ombudsmanın bahalı xidməti avtomobinin də fotoları yayılıb. Fotodan da göründüyü kimi, həmin avtomobil BMW-nin 740 modelidir və bu maşınların qiyməti 137 min avro dəyərindədir. Yəni, məbləği manatla ifadə etsək 276 min AZN edir.
Görünən odur ki, yeni ombudsmanımız bahalı və brend marka aludəçisidir. Təbii ki, bu hər kəsin haqqıdır və buna görə kimisə qınamaq fikrindən uzağıq. Amma…
Amma maraqlı olan məsələnin o tərəfidir ki, Ombudsman üçün nəzərdə tutulan belə bir bahalı avtomobilin alınmasına razılaşarkən Maliyyə Nazirliyi və xəzinədarlıq dövlət vəsaitini havaya uçurduqlarını heçmi düşünmədilər?
araz.az xəbər portalı.