“Tələbələrin Bakıya qayıdışı ilə bağlı məsələyə Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyində baxılır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı, Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov deyib. Onun fikrincə, əvvəlki illərdə ali məktəblərə qəbul olunan tələbələr tələbə biletləri əsasında Bakıya qayıda bilər:
“Bəzi dərslər onlayn olacaq. Tələbə bileti olmayanlar Bakıya necə qayıda bilər? Operativ Qərargahda bu məsələyə aydınlıq gətirildi. Hazırda Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyi bu məsələyə baxır. Ola bilər ki, qəbulla bağlı tələbələrə verilən sənədlər əsasında bu məsələyə baxılısn. Bu istiqamətdə işlər gedir. Yeni qəbul olunan tələbələrin Bakıya necə qayıtması ilə bağlı mexanizm yaxın günlərdə açıqlanacaq”.
Ceyhun Məmmədov qeyd edib ki, təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı Təhsil Nazirliyi geniş açıqlama verib:
“Hansı məsələlər ki, açıq qalıb, onlara baxılacaq və qərar qəbul olunacaq. Bakıya gəlmək istəyən tələbələr həmin qərar əsasında rahat şəkildə Bakıya gələ biləcək”.
Bahar Rüstəmli
araz.az xəbər portalı.