Əziz dostlar! Hörmətli həmkarlar!
Bir vacib məsələ ilə bağlı sizlərin fikir və arzularınızı bilmək maraqlı olardı. Azca səbr etsəniz, məncə sözümün mustafasını hər kəs anlıyar.
Dünən Prezidentin köməkçisi- xarici siyasət şöbəsinin müdiri hörmətli Hikmət Hacıyevlə 74 QHT rəhbərinin görüşü baş tutub. Bildiyim qədər, bu görüşdə daha çox hərbyönümlü qeyri-hökumət təşkilatlarının nümayəndələri təmsil olunublar. Aralarında şəxsən tanıdığım və özünə, sözünə, fəaliyyətinə böyük hörmət göstərdiyim xeyli dostların adına da rast gəldim, necə deyərlər özlərini cəmiyyətdə rüsvay edib, hətta cinayət əməllərinə məhkəmə qaydasında sübuta yetirilmiş dələduz Məhəmməd Vəliyev və bir neçə başqa şəxsi də gördükdə çox pəjmürdə oldum.
Teref.az yazır ki, bunu ehtiyatda olan polkovnik-leytenant, hərbu jurnalist Üzeyir Cəfərov yazır. Üzeyir Cəfərov daha sonra yazır:
Görün bu görüşü təşkil edən və siyahını yazan şəxs və ya şəxslər nə qədər məsuliyyətsiz və bivecdilər ki, hətta Prezidentin köməkçisinin görüşünə DƏLƏDUZ, qrantyeməklə gününü keçirən xeyli sayda təsadüfü adamları da çıxarıblar. Hesab edirəm ki, bu görüşün təşkilatçısı və ya təşkilatçıları ciddi şəkildə götür-qoy edilməli, kimlərki yanlışlığa yol veriblər, onlar ən sərt formada cəzalandırılmalı və onlara sərt təpki göstərilməlidir.
Gəlirəm əsas məsələyə. Sizi əmin edirəm ki, indi haqqında danışacağım iki-üç vacib məqam o görüşdə özünü “şəhid edən”, boğazdan yuxarı “vətənpərvərlikdən,”hərbçilərdən, fərq etməz, xidmətdə olsun, ya da ehtiyatda, yaxud istefada, heç kim ağzını açıb 1 kəlmə belə deməyib. Deyibsə, burada yazsın ki, onlar hörmətli Hikmət bəyə xahiş ediblər ki, indi deyəcəyim məsələlər cənab Ali Baş Komandana məruzə olunmaq üçün diqqətə çatdırılıb.
Ay hörmətli QHT başbilənləri, məgər siz bilmirsiniz ki, ölkənin nazirlərindən biri, konkret olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev adlı şəxs artıq neçə müddətdir ki, həm xidmətdə olan hərbçiləri, həm də ehtiyatda olan hərbçiləri ölkə rəhbərliyindən narazı salmaq üçün əlindən gələn hər yaramazlıqları edib və etməkdə davam edir. Bu adamın birbaşa CİNAYƏTİ ucbatından artıq 4 ildir ki, minlərlə zabit və gizir, MAXE ailəsi, hansılar ki bu və ya digər səbəbdən dünyasını dəyişiblər, PENSİYA və TƏQAÜDSÜZ qalıblar. Faktiki bu adam, yəni Sahil Babayev, bir vaxtlar Milli Məclisdə üz qarası olan sabiq deputat Hadı Rəcəbli kimi bir müftəxorla əlbir olub o ailələrin xanım başçılarına özlərini ayaqda saxlamaq üçün çox əxlaqsız bir yol göstəriblər.
Bu gün şəxsən tanıdığım onlarla zabitlərimiz var ki, Allah onlara rəhmət eləsin. polkovnik Valeh Rəcəbov, polkovnik-leytenant Səməd Səmədzadə, Abış Abışev, Əlləz Mirzəyev, yüzlərlə adını çəkmədiyim zabit, gizir və MAXE dostlarımızın həyat yoldaşları taleyin ümidinə buraxılıblar. Bu nə əxlaqdır, bu nə yanaşmadır ay cənablar və xanımlar?! Sənin həyat yoldaşın sənə ömrü boyu qulluq eləsin, dövlət üçün sağlam hərbçi olmasına can qoysun, normal işi-gücü də olmasın, günlərin birində dövləti və hökuməti təmsil edən Sahil Babayev kimi bir təsadüfi nazir altdan-alta təklif etdiyi və Milli Məclisin də düşünmədən qəbul etdiyi dəyişikliklə bu qadınları küçəyə çıxıb başını saxlamağa məcbur etsin? Bəlkə mən düz demirəm, ay QHT başbilənləri?! Yazın bura ki sən düz demirsən? Sabah hansı xanım öz gələcək həyatını hərbçiylə bağlıyacaq? Bunu heç erməni edə bilməzdi, bizim başına daş düşməmiş nazir və MM-də bir vaxtlar at oynadan hadırəcəblilər ediblər. Bunu prezidentin köməkçisinin diqqətinə çatdırdınız? Əlbəttə ki yox. Varlığım qədər inanıram ki, o 74 nəfərdən 1 nəfər də olsun QHT rəbəri bu son dərəcə vacib məsələni ölkə rəhbərliyinə çatdırılması üçün ağzını açmayıb. Bilirəm, indi bu sətirləri oxuyub məni söyən, təhqir edən yaramazlar da tapılacaq. Hər kəs öz tərbiyyəsini və əxlaqını göstərir.
Dünənki vacib görüşdə iştirak edən yoldaşlar! Siz hərbyönümlü QHT-in rəhbərlərisiniz axı. Hərbin, hərbçilərin hesabına çoxunuz özünüzə babat gün ağlamısınız. Bu hamısına aid olmasa da Emin Həsənli tipli şəxslər yaxşı bilirlər mən nə demək istəyirəm.
Siz dünən ağzınızı açıb hörmətli Hikmət Hacıyevə dedinizmi ki, artıq 7 ildir hərbçilərin ərzaq pulu ilə bağlı ÖZBAŞINALIQ və BESPREDEL davam edir? İnanmıram ki, kimsə bu problemi də dilə gətirib. Bəs onda orada siz hansı “vətənpərvərlikdən, ordu-xalq” mövzusundan danışdınız? 74 QHT. Milyonlarla dövlət büdcəsindən ayrılan vəsaiti öz dost tanışlarına və aşnalarına yedizdirən bəzi adı olub, özləri olmayan şüvənlər. necəsiniz? Deyəsən bir az tünd yazdım axı?
Qanunların aliliyini qorumalı olan Ombudsman xanıma da xatırlatmaq istəyirəm ki, Siz hərbçilərin problem və qayğılarına bir qədər diqqətli və həssas yanaşın.
P.S. Yazdığım qeydlər vicdanlı, həqiqi iş görən QHT rəhbərlərinə əsla aid deyil. Onlara işlərində böyük uğurlar.
Tanrı Silahlı Qüvvələrimizi, xalqımızı, milətimizi qorusun!
Üzeyir Cəfərov
Hərbi jurnalist
Teref.az
araz.az xəbər portalı.