AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev yeni məqalə ilə çıxış edib. Savash.org xəbər verir ki, bundan öncəki iki açıqlamadan fərqli olaraq Ramiz Mehdiyev üçüncü yazısında siyasi rəqiblərinə açıq mesajlar verməyib. Bununla belə yazını akademikin “üçüncü cavab atəşi” saymaq olar. Həmin məqaləni təqdim edirik.
***
Bir sıra ölkə KİV-lərinin öz səhifələrini səxavətlə iftira kampaniyası üçün tribuna qismində təqdim etdikləri, üstəlik, böhtan atılan tərəfin cavab haqqını görməzdən gəldiyi bu günlərdə dünya erməniliyi Qərbin və Rusiyanın ictimai rəyində Qarabağın erməniləşdirilməsi istiqamətindəki təbliğatı əhəmiyyətli dərəcədə gücləndirmişdir.
26 avqust 2020-ci il tarixində Fransanın “Liberasyon” (Libération) qəzetində Şuşanın guya qədim erməni mədəniyyət mərkəzi olduğuna və 1992-ci ilədək Azərbaycanın işğalı altında qaldığına dair nəşr edilən foto-məqalə, rusiyalı kosmonavt İqor Vaqnerin Xankəndi şəhərinin kosmosdan çəkdiyi şəkillərini sosial şəbəkələrdə “qədim erməni məkanının təsvirləri” qismində təqdim etməsi, həmçinin Rusiya Təhsil Nazirliyinin orta məktəblərin 9-cu sinif şagirdləri üçün nəşr etdiyi “Rusiya tarixi” dərsliyində 1828-ci ilin Türkmənçay sülhünə görə çarizmin nəzarətinə keçən bölgələrimizin “Şərqi Ermənistan” adı ilə qələmə verilməsi faktları erməni təbliğatının əldə etdiyi son nəticələrdir.
Qətiyyən nəzərdən qaçırmamalıyıq ki, erməni təbliğatının bu nəticələri Ermənistanın və Dağlıq Qarabağdakı qondarma rejimin Livan ermənilərini işğal altındakı Azərbaycan torpaqlarına köçürmək istiqamətində ciddi iş apardığı, həmçinin Şuşanı Dağlıq Qarabağın paytaxtı elan etməyə hazırlaşdığı bir dövrdə baş verir. Cərəyan edən proseslər heç şübhəsiz ki, bir-birilə sıx bağlıdır, daha dəqiq desək, bir-birinin məntiqi davamıdır.
Öz paytaxtını Şuşaya köçürməklə Azərbaycana mənəvi-psixoloji zərbə endirməyə hazırlaşan Dağlıq Qarabağdakı kriminal rejim paralel olaraq Qafqazın konservatoriyası və Azərbaycan mədəniyyətinin incisi olan bu şəhəri bütün dünyada tarixi erməni ərazisi kimi tanıtdırmaq üçün əlindən gələni edir. Şübhə etmirəm ki, Dağlıq Qarabağın mərkəzinin Şuşaya köçürülməsi bu ilin mayında işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın bu qədim Azərbaycan şəhərində təxribat məqsədilə təşkil edilən hərbi paraddakı iştirakı kimi milli qürurumuzu alçaltmağa hesablanıb.
Ermənistanın bu yaxınlarda qəbul etdiyi yeni Milli Təhlükəsizlik Strategiyasında Dağlıq Qarabağa dair olduqca təhlükəli müddəaların öz əksini tapmasını da məhz göstərilən kontekstdə qəbul etmək lazımdır. Əfsus ki, bizim aidiyyatı qurumlarımız, ekspertlərimiz və millət vəkillərimiz ölkəmizin milli təhlükəsizliyini birbaşa təhdid edən bu hadisələrin heç birinə, xüsusilə də Ermənistanın yeni Milli Təhlükəsizlik Konsepsiyasının təhlilinə zəruri həssaslıqla yanaşmamışlar.
Doğrudur, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev strategiyanın əsasən uydurma tarixi faktlara istinad etdiyini vurğulayaraq, onu tənqid etmişdir. O, bildirmişdir ki, bu cür siyasi xarakterli sənədlərdə tarixə belə geniş yer verilməsi qəbuledilməzdir. Ancaq o da bir həqiqətdir ki, uydurma və göz yaşları ilə isladılaraq təqdim edilən tarix Ermənistanın ölkəmizə qarşı apardığı hibrid müharibənin mühüm tərkib hissələrindən birini təşkil edir.
Ermənilər XVIII əsrdən etibarən bu günədək saxta tarixin yaradılması və onun mənbəşünaslıq tərəflərinin gücləndirilməsi istiqamətində planlı fəaliyyət göstərirlər. Erməni dilində yazılan, sonra isə dunya erməniliyinin geniş təbliğat imkanları və əlaqələri hesabına Qərb və Şərq ölkələrinin ictimai rəyinə sırınan bu saxta tarixdən hal-hazırda da erməni diplomatiyası geninə-boluna istifadə etməkdədir. Ona görə də tarix amilinə və onun ictimai rəyin formalaşmasında oynadığı rola qətiyyən barmaqarası baxmaq olmaz. Əgər maraq üçün dünyanın aparıcı universitetlərində, elmi araşdırma mərkəzlərində Azərbaycana və Ermənistana dair, həmçinin Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqındakı elmi qaynaqlara nəzər salsaq, bizim bu işdə nə qədər gecikdiyimizi aydın şəkildə görmək olar. Sual edirəm, erməni mövqeyindən qələmə alınmış subyektiv mənbələr əsasında problemi öyrənən əcnəbilərin rəyi kimin lehinə olacaq – bizim, ya ermənilərin?
Bəs bu mürəkkəb şəraitdə nə etmək lazımdır? Öz haqlarımızı necə müdafiə etməliyik? Bizim əsas vəzifəmiz nədən ibarət olmalıdır?
Təbii ki, problemlərimizin bir yox, bir neçə səbəbi var. Səbəblərdən biri aidiyyatı qurumların, ziyalılarımızın, ekspert və təhlilçilərimizin ermənilərin fəaliyyətinə gecikən və heç də həmişə adekvat olmayan reaksiyaları ilə bağlıdır. Təəssüf ki, intellektual elitamız və ictimai fikrimiz qabaqlayıcı addımlar atmaqda çətinlik çəkir, gələcək haqqında lazımi qədər düşünmürlər. Cəmiyyətin qabaqcıl qüvvələri irəliyə hesablanmış mexanizmlərin yaradılması istiqamətində ciddi şəkildə fikirləşməlidirlər. Bu məsələdə kadr probleminə xüsusilə diqqət yetirməlidirlər. Effektiv xarici siyasətin və diaspor işinin təşkili konkret şərtlərə söykənir. Hər iki istiqamətdə fəaliyyət göstərən kadrlar məşğul olduqları ölkələri, onların reallıqlarını yaxşı bilməli, onlara uyğun addımlar atmağı bacarmalıdırlar. Bəli, diplomatiya sahəsində xarici dil bilikləri mühüm amildir, ancaq dil həqiqi diplomatların yetişdirilməsi üçün kifayət deyil. Anlamaq lazımdır ki, diplomatiya ilə tərcüməçilik fərqli sahələrdir. Dərin analitik təfəkkür, ünsiyyət qurmaq və əlaqələr yaratmaq bacarığı, problemləri duymaq qabiliyyəti, operativ fəaliyyət göstərmək, düşməni yaxşı tanımaq və onun psixologiyasının incəliklərinə bələd olmaq, şəxsi tamah hissinə güc gəlib dövlət mənafelərini əsas tutmaq – bax, budur peşəkar diplomatdan tələb edilən keyfiyyətlər! Ölkə Prezidenti cənab İlham Əliyevin yeni Xarici İşlər naziri Ceyhun Bayramovu təyin edərkən bu qurumun fəaliyyətinə verdiyi neqativ qiymət də məhz bu amillərin çatışmamazlığından qaynaqlanırdı. Ümid edirəm ki, ölkə başçısının işarə etdiyi ciddi qüsurlar bu qurumun yeni rəhbərliyi tərəfindən tezliklə aradan qaldırılacaqdır.
Erməni diasporunun fəaliyyət xüsusiyyətlərini, iş prinsipini, təbliğatın yaxın və uzaq hədəflərini dərk etmədən onunla effektiv mübarizə aparmaq qeyri-mümkündür. Xarici siyasət, təbliğat və lobbiçilik məsələlərində konseptual baxış olduqca vacibdir. Bu da bizim diplomatlarımızın, politoloqlarımızın və beynəlxalq münasibətlərlə məşğul olan tədqiqatçılarımızın öhdəsinə düşən bir vəzifədir.
Şəxsən mənə Azərbaycanın xarici siyasət konsepsiyası ilə bağlı ortaya qoyulmuş hər hansı əsaslı, düşünülmüş, sağlam təfəkkür və strateji baxış ehtiva edən heç bir elmi tədqiqat işi məlum deyil. Müqayisə üçün deyim ki, cəmi 23 ay yaşamış Xalq Cümhuriyyəti dövründə bu məsələ diplomatlarımızı və ideoloqlarımızı dərindən narahat etmişdir. Görkəmli ədib, diplomat və ictimai xadim Yusif Vəzir Çəmənzəminlinin qələmə aldığı həcmcə kiçik, lakin məzmunca olduqca dolğun “Xarici siyasətimiz” əsəri bu axtarışların bariz nümunəsidir. Əsərin yazılma üslubu və strukturu xarici siyasət konsepsiyasının mahiyyətinə çox uyğundur. Diplomatlarımız, politoloqlarımız və tarixçilərimiz bu əsəri diqqətlə mütaliə etməli və onun xüsusilə də giriş hissəsindəki müddəalarından nəticə çıxarmalıdırlar. Çünki, müstəqil Azərbaycanın dövrün şərtlərinə uyğun qələmə alınmış belə bir dolğun nəzəri əsərə çox ehtiyacı var.
Ziyalılarımızın təbliğat məsələsindəki rolundan söz düşmüşkən təəssüflə deməliyəm ki, onların aktivliyi arzuolunan səviyyədə deyil. Məgər onlar öz əlaqələrindən və nüfuzlarından istifadə edərək, vaxtaşırı dünya dövlətlərinin liderlərinə, beynəlxalq təşkilatların rəhbərlərinə, nüfuzlu elm və sənət adamlarına müraciət edərək, Qarabağ məsələsinin beynəlxalq aləmdə daim diqqət mərkəzində qalmasına nail ola bilməzlər? Məgər erməni təcavüzünün doğurduğu nəticələri davamlı olaraq dünya mətbuatının gündəminə çıxarmaq bu qədər çətindir? Axı elm, sənət və mədəniyyət bunun üçün ən əlverişli platformalardır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Ermənistanın təcavüzünün ifşası və onun aradan qaldırılması üçün bu illər ərzində olduqca böyük həcmdə iş görüb. Hər fürsətdə erməni yalanlarını dünyaya göstərən və Azərbaycan həqiqətlərini əzmlə müdafiə edən Prezidenti bu taleyüklü mübarizədə əsla tək qoymaq olmaz. Bizim buna mənəvi haqqımız yoxdur. Hər kəs ona həvalə edilən sahədə öz fəaliyyətini düzgün qurmalı, bütün resurslar bir məqsədə yönəldilməli, hamı üzərinə düşən məsuliyyəti sonadək dərk etməlidir.
Ermənilərin daim qabartdıqları məsələlər sırasında Azərbaycandakı alban abidələrinin vəziyyəti mühüm yer tutur. Yaxşı bilirik ki, erməni təbliğatı ilk gündən Qarabağ münaqişəsinə dini don geyindirmək üçün dəridən-qabıqdan çıxıb. Azərbaycan rəhbərliyinin yeritdiyi ağıllı və tolerantlığa söykənən daxili siyasət bu cəhdlərin boşa çıxmasında olduqca böyük rol oynayıb. Ancaq təəssüf ki, Mədəniyyət Nazirliyi ölkə başçısından fərqli olaraq, tariximizin olduqca vacib parçası olan və erməni təbliğatının susdurulması baxımından xüsusi əhəmiyyətə malik alban irsinə zəruri qayğı ilə yanaşmağı bacarmır. İllərlə özünü göstərən etinasızlıq hazırda alban abidələrinin bir çoxunu acınacaqlı tale ilə, hətta deyərdim ki, məhvolma təhlükəsilə üz-üzə qoyub. İnanmaq istəyirəm ki, bu qurumun yeni rəhbərliyi məsələnin tarixi-siyasi və ideoloji vacibliyini anlayaraq, zəruri həssaslıq nümayiş etdirməyi bacaracaq.
Növbəti problem, heç şübhəsiz ki, təbliğatımızın elmi əsaslarının zəifliyidir. Çox təəssüf ki, illər boyunca bizim təbliğatımız mənbələrdən çox, emosiyalara, pafosa, kütləvi psixoloji təlqinə istinad edib. Tarixçilərimiz ötən dövr ərzində inadla sübut etməyə çalışıblar ki, Azərbaycanda Gülüstan və Türkmənçay sazişlərinə qədər ermənilər olmayıb. Onlar bura yalnız çarizmin gəlişindən sonra köçürülüblər. Lakin digər tərəfdən, onlar bəyan edirlər ki, Qriqorian kilsəsinin mərkəzi Qaraqoyunlu hökmdarının razılığı ilə 1441-ci ildə İrəvan yaxınlığındakı Eçmiədzinə köçürülmüş və həmin vaxtdan etibarən Azərbaycan ərazisində yerləşmişdir.
Səfəvilərin, Əfşarların təbəəsi olan ermənilərin Azərbaycan hökmdarlarına daim güzəşt və imtiyaz xahişlərilə üz tutduqlarını sübuta yetirən onlarla sənəd mövcuddur. Biz bir tərəfdən haqlı olaraq Səfəvilərin və Əfşarların Azərbaycan türklərinin qurduqları nəhəng imperiyalar olduğunu bildirir, digər tərəfdən isə onların erməni təbəələrilə yazışmalarını görməzdən gəlirik. Belə yarımçıq məntiq ola bilərmi? Biz nədən çəkinirik? Bəli, Azərbaycan ərazisində çarizmin gəlişinədək, bütün digər icmalar kimi, azsaylı erməni icması da mövcud olub və onlar bizim babalarımızın qurduqları dövlətlərin təbəələri qismində yaşayıblar. Həmin dövrdə ermənilər həm Türkiyə, həm Rusiya, həm də bir çox Avropa ölkələrində yaşayıblar. Məgər bu faktlar sadaladığım ölkələrdə erməni dövlətinin olması mənasını verir? Əlbəttə ki, yox!
Bir daha bildirmək istəyirəm ki, biz tariximizlə üzləşməkdən ehtiyatlanmamalıyıq! Bizim keçmişimiz bizim həqiqətimizdir və bu həqiqət tamamilə bizim lehimizədir. Təbliğatımız tarixi həqiqətlərə uyğun qurularsa, onun effekti heç şübhəsiz ki, daha böyük olacaq.
Qarabağ münaqişəsi və effektiv təbliğat problemi kontekstində mən, qısa da olsa, Azərbaycan KİV-lərinin vəziyyətinə toxunmağı zəruri hesab edirəm. Çox təəssüf ki, bir çox hallarda bizim qəzet və elektron informasiya vasitələrimiz qərəzsiz analizlər təqdim etmək, xalqı maarifləndirmək və gercək təhlükələr haqqında təhlillər vermək əvəzinə, ölkə üçün həssas məsələlərdə susmağa üstünlük verirlər. Əgər onlar bununla xalqa xidmət etdiklərini düşünürlərsə, çox səhv edirlər. Mətbuat cəmiyyətin aynasıdır və bu ayna dövlət siyasətini və ictimai-siyasi proseslərin inkişafını həqiqi mahiyyətinə uyğun əks etdirməlidir. Əgər mətbuat bunu edə bilmirsə, deməli o, ya səriştəsizdir, ya da qərəzlidir. Hər iki halda o, cəmiyyət üçün faydasızdır. Heç kim üçün sirr deyil ki, ölkəmizdə çıxan qəzetlərin və fəaliyyət göstərən informasiya agentliklərinin bir çoxu cənab Prezidentin iradəsilə dövlətdən davamlı maliyyə yardımı alır. Dövlət başçısının qayğısı nəticəsində bir çox jurnalistlər və redaktorlar mənzillərlə təmin ediliblər. Bəs görəsən onlar öz dövlətlərinə və vətənlərinə hansı faydanı veriblər?
Çeynənmiş, bir-birini təkrarlayan tezisləri, içi boş fikirləri tirajlamaqla ölkəyə heç bir fayda verilə bilməz. Həqiqi mətbuat nümayəndəsi dövlət və xalq qarşısındakı mənəvi məsuliyyətini dərk etməlidir.
Qarabağ məsələsi kontekstində bildirmək istəyirəm ki, yerli mətbuatımızın bu istiqamətdəki fəaliyyətinin faydalılıq əmsalı, təbliğat effekti çox aşağıdır. Vətəndaşlara əsaslı, faktlara söykənən, həqiqəti əks etdirən araşdırmalar təqdim olunmalıdır. Hamımıza yaxşı məlumdur ki, Azərbaycan KİV-lərinin bir çoxu davamlı olaraq öz auditoriyasını itirməkdədir. Maraqlıdır, informasiya müharibəsi şəraitində biz yerli əhalinin belə etimad etmədikləri KİV-lərə necə ümid edə bilərik? Ölkə başçısı öz tərəfindən milli mətbuatımızın inkişafı üçün əlindən gələni edib. Redaktorlar da öz növbələrində zəhmət çəkib, ictimaiyyəti sanballı yazılarla, aktual xəbərlərlə vaxtlı-vaxtında təmin etsinlər.
Təxminən bir əsr bundan öncə artıq adını çəkdiyim Y.V.Çəmənzəminli “Bizə ciddi mətbuat çoxdan lazım idi” məqaləsində qəzetlərimizin acınacaqlı vəziyyəti haqqında ürək ağrısı ilə bunları yazırdı: “Qəzеtçilik bizlərdə ad, şöhrət, mоd və qazanc məqsədi ilə оlur. Görürsən varlığından hеç kəsin xəbəri оlmayan bir şəxs həftəlik bir məcmuə nəşr еtməyə başladı. Nə tövr məcmuə оlsa оlar, xərcini çıxardacaq. Müdir cənablarının da fikri budur ki, bir nеçə vaxtlığa adı çıxsın. Bir nеçə aylığa ağzına gələni yazır. Özgələrin ağızlarında dastan оlmuş fikirlərini yеnə də təkrar еləyir, qəzеtçiliyi bununla qurtarır. Libas mоdaya tabе оlan kimi mətbuat da bizdə mоdaya bac vеrirdi. Bir vaxt mоda bеlə şiddət еləmişdi ki, hər yеtən “müdirlik” iddiasına düşürdü”.
Çox təəssüf ki, bu sözlər indi də aktuallığını qorumaqdadır. Düzdür, bəzi insanlar mətbuatımızın hazırki vəziyyətində məni də günahlandırırlar. Ancaq bu vəziyyət əksər hallarda mətbuat nümayəndələrinin bir çoxunun intellektual səviyyəsindən, dünyagörüşündən, şəxsi keyfiyyətlərindən, mənəvi dünyasından və həyat fəlsəfəsindən qaynaqlanır. Əgər əqidə, mənəviyyat, intellekt və əxlaq dəyişməsə, kuratorların yenilənməsindən hər hansı keyfiyyət dəyişikliyi gözləmək əbəsdir.
Mənim dediklərim qətiyyən tənqid, yaxud qərəz kimi qəbul olunmamalıdır. Bütün bunlar mənim cəmiyyəti narahat edən məsələlərə dair şəxsi mülahizələrimdir. Ümid edirəm ki, hər kəs deyilənlərdən lazım olan nəticəni çıxaracaq, öz payına düşən məsuliyyəti dərk edəcəkdir.

araz.az xəbər portalı.