kelbeserErmənistan Azərbaycanın işğal altındakı ərazilərində yeni yaşayış məntəqələri inşa etməkdə davam edir.

 Ermənistan KİV-nə istinadən xəbər verir ki, işğal altındakı Kəlbəcər rayonunda kütləvi məskunlaşdırma və turizmin inkişafı üçün hazırlıq işləri sürətlə davam edir. Belə ki, Ermənistan Qarabağa açıqlan 2-ci yolun – Vardenis-Ağdərə yolununun Kəlbəcər rayonunun mərkəzinə qədər 27,5 kilometr hissəsi asfaltlaşdırılır.

Yolun xüsusilə dağlıq 2 yerində isə körpü inşa olunmasına hazırlıq görülür.

Bundan başqa, Kəlbəcərin rayon mərkəzində Avstraliya diasporunun ianəsi hesabına 15 yeni fərqi ev, Ermənistanın ayırdığı maliyyə vəsaiti hesabına isə 48 mənzildən ibarət 2 hündürmərtəbəli bina inşa edilir.

Bölgəni turizm mərkəzinə çevirməklə yanaşı, separatçı rejim rəhbərliyi Yerevanın köməyi ilə bölgəyə Livan ermənilərini köçürməti də planlaşdırır. Hazırda Kəlbəcərin rayon mərkəzində 2 minə yaxın erməni yaşayır.   /Modern.az/

araz.az xəbər portalı.