baron1Hacıqabul polisi Bakı-Qazax magistral yolunda saxlanılan avtomobildən xeyli miqdarda narkotik vasitələr aşkar edib. Əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan kriminal dairələrdə “Baron Qəzənfər” və “Memi” ləqəbi ilə tanınan Bərdə sakinləri saxlanılıb.

Pravda.az-ın məlumatına görə, Hacıqabul polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri çərçivəsində taksi kimi fəaliyyət göstərən “Azsamand” markalı avtomobil saxlanılan zaman avtomobildə olan sərnişinlərin üzərindən satış məqsədi üçün nəzərdə tutulan ayrı-ayrı bükümlərdə ümumi çəkisi 100 qram narkotik vasitə olan heroin və 20 qram psixotrop maddə olan metamfetamin aşkar edərək götürülüb. Kriminal dairələrdə “Baron Qəzənfər” kimi tanınan Bərdə rayonunun Qazıqurdalı kənd sakini, 1972-ci il təvəllüdlü əvvəllər məhkum olunan, Fərəcov Qəzənfər Şahmar oğlu və kriminal dairələrdə “Memi” ləqəbi ilə tanınan Bərdə rayonunun Lək kənd sakini, 1982-ci il təvəllüdlü Teymurov Tağı Sovet oğlu narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, daşıma, saxlama, gəzdirmə və satma barədə razılığa gəlib qabacadan əlbir olublar.

Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

araz.az xəbər portalı.