gemi raketjpeg 1597347368“Mövzu xalqımızın müstəqilliyi, istiqlalı və mənafeyidirsə, türk milləti əsla savaşdan çəkinməz, heç savaşın bədəlini belə ciddiyə almaz”

Mia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay Şərqi Aralıq dənizində Türkiyə ilə Yunanıstan arasında yaşanan gərginliyə münasibətdə deyib.

O dünən Avropa İttifaqı ölkələrinin Türkiyəyə qarşı sanksiya təhdidinə və axşam saatlarına yunan qırıcılarının Türkiyənin NAVTEX elan etdiyi bğlgəyə girmə cəhdinə toxunaraq, qeyd edib ki, Yunanıstan dənizdəki sərhədini 12 min mil irəli çəkərsə, o zaman Ankara bunu cavabsız buraxmayacaq: “Türkiyə əsla haqlı mövqeyindən geri çəkilməyəcək. Biz ədalət gözləyirik. Şərq Aralıq dənizində Türkiyəyə aid olan hər kvadrat metrə görə öz hüququmuzu qoruyacağıq. Egey dənizi də daxil olmaqla Türkiyə öz mənafeyindən heç bir halda vaz keçməyəcək”.

Mia.az

araz.az xəbər portalı.