bandicam 2020 08 30 14 44 23 180Xəbər verdiyimiz kimi, “Boz kardinal” ləqəbi ilə ad çıxardan Prezident Administrasiyasının sabiq rəhbəri,hazırda AMEA-nın prezidenti postunu tutan Ramiz Mehdiyev nəvəsinə pandemiya dövründə qaydaları pozaraq toy etməsi hələ də bir çox başları gövdəsindən məcazi mənada ayırıb.

Bu da daha çox hakim Yeni Azərbaycan Partiyasına zərbə vurub. Heydər Əliyevin qurub-yaratdığı ,hazırda isə ölkə prezidenti İlham Əliyevin sədri olduğu partiyada mövcud olan müəyyən kəslərin siyasi davranış qaydalarına və hakimiyyətin tədbiq etdiyi qaydalara uymayaraq başınabuyruq hərəkətləri  içtimai fikirdə həm partiyanın imicinə,eyni zamanda bu şəxslərə qarşı ciddi qınaq yaratmış olub.Düzdür Hakim partiyanın icra katibi,eyni zamanda da baş nazirin müavini olan Əli Əhmədov müavini Siyavuş Novruzovun məlum toyda iştirakı, qaydaları pozmasına və toyda iştirakı ilə bağlı töhmət verməsi,ardınca da Siyavuş Novruzovla iki saat söhbətləşdikdən sonar, Novruzovun İk-nin müavini postundan istefa verməsi müəyyən qədər ortalığı sakitləşdirə bildi.Ancaq “Boz kardinal”ın məlum geniş açıqlaması və etdiyi böyük yanlışlığa müxtəlif donlar geyindirməsi sönməkdə olan alovu daha da qızışdırmış oldu.Bu da ondan qaynaqlandı ki, Ramiz Mehdiyev gözəl bilir ki,vəzifədə olduğu dövürdə Yeni Azərbaycan partiyasını özünün maraqlarına uyğun şəkildə dizayn edib.Təkcə YAP-nı deyil eyni zamanda parlament müstəvisində belə ona sitaiş edən millət vəkilləri mövcuddur.Bu baxımdan da Mehdiyevin kənardan  dirijorluğu ilə hakim partiyada ona xidmət edənlər aranı daha çox yatışdırmağa və özlərini hadisələrdən sğortalamağa üstünlük verdilər.

Ancaq gedən siyasi poroseslər onu deməyə əsas verir ki,başda İcra katibi Əli Əhmədov olmaqla partiyanın müəyyən idrə edənlər bu sğortalanmadan kənarda qalıblar.Elə bu səbəbdəndir ki,YAP-da köklü dəyişikliklərin siqnalı gəlməyə başlayır.

Vətəninfo.az-a daxil olan məlumata görə, YAP-sı qurultaya getməyə hazırlaşır və keçirilməsi gözlənilən qurultayda yeni similar partiyanın vitrinində görünəcəklər.Bu vitrində isə yenilikçilər üstünlük təşkil edəcək ki,bu da 2025 hədəflərini özündə ehtiva edir.Bundan başqa idda edilir ki,hakim partiyada keçirilməsinin zəruri olduğu qurultaydan sonra, Azərbaycanda daha bir seçki,yəni parlament seçkilərinin keçirilməsi mümkün olsun.Belə olduqda isə YAP-sı parlamentdə yeni simalarla təmsil olunsun.idalara görə  YAP-nın keçirilməsi gözlənilən qurultayında surpiriz isimlər hakim partiynın icra katibi postuna, İK-nin müavini postuna gətiriləcəklər.Beləliklə də YAP-sının parlamentdə yeni qüvvəsinə yenilkçilər rəhbərlik etmiş olacaqlar.

Amma bir daha qeyd edirik ki,bütün bunlar iddiadır və hər şey keçirilməsi gözlənilən qurultayın nəticəsindən asılı olacaq.Amma bircə bəlli olan budur ki,keçmiş AMİP-çi,sonralar YAP-çı olan Əli Əhmədov partiyadakı postunu itirməyə məkumdur.

araz.az xəbər portalı.