2021-ci il iyulun 1-də Uels şahzadəsi Diananın anadan olmasının 60 ili tamam olacaq. Yubiley münasibətilə şahzadənin heykəli Kensinqton bağlarında – Britaniya paytaxtının mərkəzindəki kral parkında quraşdırılacaq.
“Qafqazinfo” bildirir ki, bu barədə “BBC News” xəbər verib.
Heykəl onun oğulları – hersoqlar Uilyam və Harrinin sifarişi əsasında hazırlanıb. Heykəl üzərində iş 2017-ci ildə başlayıb, lakin onun quraşdırılması pandemiya və karantin səbəbindən təxirə salınıb. Onun müəllifi heykəltəraş İen Renk-Brodlidir.
Qeyd edək ki, avqustun 31-də şahzadə Diananın faciəvi ölümünün 23 ili tamam olacaq.
araz.az xəbər portalı.