razi45“Kaş bunu deyən adamlar, vəzifəli şəxslər bu şəkildə icazəli danışa biləydi. Əgər onlar bu şəkildə icazəli danışsaydı, Azərbaycan fərqli məkana çevrilərdi. Təbii ki, mən icazəli danışmıram, öz fikirlərimi ifadə edirəm”.

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev deyib.

“Natiqlik qabiliyyətim də var, amma parlamentdə 3-5 dəqiqə vaxt verilir. Ona görə də vaxtımı bölürəm, əvvəlcə güzgü qarşısında danışıram. Telefonumu qarşıma qoyuram, “timer”ini qoşuram, bilirəm ki, 3 dəqiqə danışmalıyam, 2 dəqiqə 50 saniyədə danışığımı bitirirəm. Artıq fikir də işlətmək istəmirəm. Kağızadan oxuyuram ki, səhv buraxmayım. Yəni işlətdiyim artıq bir cümlə cəmiyyət qarşısında hörmətdən sala bilər. Parlament elə bir yerdir ki, bir çox insanların karyerasına son qoyub, gözdən salıb, bir çoxlarını da xalqın gözündə ucaldıb. Ona görə risk etmək istəmirəm. Dünya liderlərinin də bəziləri vərəqdən oxuyurlar. Bu o deməkdir ki, həmin şəxs məsuliyyətlidir. Mən də o şəxslərdənəm” – R.Nurullayev qeyd edib.Yeniavaz

araz.az xəbər portalı.