Minskin mərkəzindəki İstiqlaliyyət prospektində mitinq iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında toqquşma olub.
Axar.az xəbər verir ki, insident Milli Təhlükəsizlik Komitəsinin (KQB) binasının qarşısında baş verib. Mülki geyimdə olan şəxslər bir neçə etirazçını nömrəsiz avtobuslara dolduraraq naməlum istiqamətdə hərəkət ediblər.
Bununla yanaşı, OMON qüvvələri də İstiqlaliyyət prospektində etirazçıların qarşısını kəsib. Məlumata görə, nə mitinq iştirakçıları, nə də güc strukturlarının əməkdaşları irəli getmir.
Paytaxt Minskin mərkəzindəki 4 metrostansiya bağlanılıb.
Güc strukturları Belarus prezidentinin igamətgahına gedən yolu bağlayıblar. Məlumata görə, iqamətgahın yaxınlığına zirehli transportyorlar yeridilib.
Bu arada, paytaxt Minskdə internetin verilində yenidən problemlər yaranıb.
Belarusun A1 mobil rabitə şirkəti dövlət orqanlarının göstərişi ilə mobil internetin sürətini azaltdığını bildirib
araz.az
araz.az xəbər portalı.