5f4bbd8f70660 155849ec 9375 4b82 b62f 13fe0bfe3828 850Tanınmış amerikalı iş adamı, o cümlədən nevrologiya sahəsində “Neuralink” startapının təsisçisi olanİlon Maskinsanlara tibbi məqsədlərlə çip taxmaq barədə danışıb.

“Report” xəbər verir ki, “YouTube”dən söylədiyi nitq zamanı Mask həmin əməliyyatın ümumi qiymətini bir neçə min dollar təşkil edəcəyini deyib.

“Neuralink” şirkətində bununla bağlı cərrahiyə əməliyyatını gələcəkdə tam avtomatlaşdıracaqlarına, nəticənin gözə dəyməyəcəyinə ümidvar olduqları da

bildirilib.

Qeyd edək ki, “2016-cı ildə yaradılan “Neuralink” Alzheimer sindromu, demans, onurğa beyni zədəsi kimi nevroloji xəstəlikləri müalicə etmək üçün bəzi orqanlara kompüter çipi taxmaq istiqamətində işlər görür.

İ.Mask dünən təqdimat keçirərək iki ay əvvəl donuzun beyninə “Neuralink”in taxdığı çipi tam zərərsiz çıxararaq nümayiş etdirib.

araz.az

araz.az xəbər portalı.