Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən yeni qərara əsasən virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 2020-ci il 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılsa da,yoluxma səviyyəsi yüksək olduğuna görə Bakı, Sumqayıt və Abşeronda sərtləşdirilmiş xüsusi karantin rejimi 31 avqust tarixindən 30 sentyabr tarixinə qədər uzadıldı. Eyni zamanda avqustun 5-dən başlayaraq sərt karantin rejiminin bəzi məhdudiyyətlərinin aradan qaldırılması və yumşalmaların təmin edilməsi tədricən davam etdiriləcək.Tədris müəssisələri mərhələli şəkildə sentyabrın 15-dən fəaliyyətə başlayacaq. Bunu nəzərə alınaraq, 10 nəfərlik qruplarlda fərdi tədris və repititor xidmətlərinə də icazə verildi. Bununla belə əhalinin gözləntiləri baxımından bir sıra məsələlərin həlli yenə də açıq qaldı:
– metropolitenin fəaliyyətinin bərpası ilə bağlı məsələ hələ müzakirə mövzusu olaraq qalır. Məktəblərin açılması ilə əlaqədər tələbə və şagirdlərin metrodan istifadəsi ilə bağlı metropolitenin açılması müzakirə olunur;
– rayonlara gediş-gəlişin açılması mövzusu açıq qalmaqda davam edir;
– ölkə miqyasında toy və yasların keçirilməsi ilə bağlı qadağalar qüvvədə qaldı.
Bu ilin mart ayından başlayaraq COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi və sosial təcrid tədbirləri ölkədə işgüzar fəallığın zəifləməsinə səbəb olub və iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərib. Son 5 ayda iqtisadiyyyatdakı və əhalinin güzəranındakı geriləmələri təsəvvür edtməkdən ötrü rəsmi statistikaya əsaslanan təhlilimizə görə, 2020-ci ilin yanvar-fevral aylarında iqtisadi fəaliyyətin inteqral göstəricisi sayılan Ümumi daxili məhsul (ÜDM) Azərbaycanda 2,8 faiz, əhalinin hər nəfərinə düşən ÜDM isə 2 faizə yaxın artmışdı. Xüsusi karantin rejiminin və sosial təcrid tədbirlərinin ölkədə işgüzar fəallığa mənfi təsiri martdan başlayaraq sosial göstəricilərə də öz mənfi təsirini göstərməyə başlamışdır. Nəticədə 2020-ci ilin 7 ayının yekunlarına görə, ÜDM 2,7 faiz, əhalinin hər nəfərinə düşən ÜDM isə 3,5 faiz aşağı düşüb. 2020-ci ilin yanvar-fevral aylarında əhalinin hər nəfərinə düşən nominal gəlirlər, özündən əvvəlki illə müqayisədə 2 dəfə yüksək artım tempi nümayiş etdirməklə 8 faiz artdığı halda, bu ilin yanvar-iyul aylarında həmin sosial gistərici 0,6 faiz aşağı düşüb. Halbuki 2019-cu ilin 7 ayı ərzində əhalinin hər nəfərinə düşən nominal gəlirlərində 5,2 faiz artım olmuşdu. İqtisadi durumun və əhalinin sosial durumunun ümumu mənzərəsini xarakterizə edən sözügedən həmin 3 mühüm göstərinin müqayisəli təhlili göstərir ki, koronavirus pandemiyası və onun ətrafında gedən proseslərin doğurduğu fəsadlar əhalinin sağlamlığı və psixi durumu ilə yanaşı, həm də ölkə iqtisadiyyyatına,eləcə də əhalinin güzəranına xeyli dərəcədə mənfi təsir göstərib.Karantin dövrü uzandıqca COVID-19-un insanların güzəranına, əhvali-ruhiyyəsinə, psixikasına da mənfi təsiri artır.Bəşər tarixindən məlumdur ki,epidemiyalar gəldiyi kimi də gedirlər…Bununla belə görülən kompleks tədbirlərin səmərəli tətbiqi hesabına çalışmaq lazımdır ki, yaxın vaxtlarda vaksin tapılmasa belə, epidemiya ocağı sönənə qədər COVID-19 az can alsın,insan tələfatı az olsun, insanların sağlamlığına, maddi, psixi durumuna, iqtisadiyyytaımıza az ziyan vursun.Ona görə də vətəndaşların həyat və sağlamlığının qorunmasını prioritet götürməklə, koronavirusla mübarizədə əldə edilmiş nəticələrin qorunub saxlanması, ölkəmizdəki və dünyadakı koronavirusla bağlı vəziyyəti və sosial-iqtisadi durumu nəzərə alaraq, eləcə də insanların narazılıqlıarının bundan sonra da artmasına yol verməməkdən ötrü, daha çox aşağıdakı istiqmətdə addımların atılmasını zəruri hesab edirik:
Birincisi,Azərbaycanda COVID-19 infeksiyasının yaratdığı təhlükə və problemlərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin davamı kimi pandemiyanın qabarma və çəkilmələrindən doğan yeni çağırış,tələb,şərt və vəzifələr baxımından əhalinin sağlamlığının qorunması sahəsində görülən işlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində əlavə tədbirlər görülməli; Operativ Qərargahın sərtləşmə və yumşalmalar istiqamətində verdiyi qərarlar arasındakı rabitəlilik gücləndirilməli; virusa yeni yoluxma hallarına yol verməmək üçün hazırkı mərhələdə artıq daha çox tibbi maskalardan istifadə etmək,sosial məsafə saxlamaqla virusdan qorunma tədbirləri sərtləşdirilməli; əhalinin tətbiq olunan karantin və gigiyena qaydalarına daha ciddi və məsuliyyətli əməl etməsinə nail olunmalı; karantin rejiminin yumşaldılması işinin davam etdirilməsi prosesi isə prioritet təşkil etməlidir.
İkincisi, COVID-19-la mübarizə prosesində beynəlxalq praktikadan və ölkəmizdə bu gün əldə edilən nəticələrdən görünən budur ki, son ayın meylləri karantin rejiminin yumşaldılmasına şərait yaradır. Belə bir şətaitdə həftəsonu ictimai nəqliyyatın dayandırılması, rayonlara gediş-gəliş, toy və yasların keçirilməsi və sair bu kimi mövzular açıq qaldıqca, əhali arasında narazılıq da artacaq.Potensial risk amillərini nəzərə almaqla, dövlət-vətəndaş həmrəyliyi şəraitində əhalinin tətbiq olunan karantin və gigiyena qaydalarına daha ciddi və məsuliyyətli əməl etməsinə nail olmaqla,izahat işlərini gücləndirmək və efektini artırmaqla ölkədəki sanitar-epidemioloji durumu daha da yaxşılaşdıraraq və yoluxma hallarının kəskin azalmasına nail olmaqla, açıq qalan bu cür problemlərin, mövcud variantlar içərisindən ən münasibini seçməklə, optimal müddətdə həll yollarının tapılması işi sürətləndirilməli və müvafiq qərarlar qəbul olunmalıdır.
Üçüncüsü, COVID-19-un yaratdığı problemlərdən sui istifadə etməklə koronovirus korrupsiyası, xalq istehlakı mallarının,xüsusən də pandemiya dövründə daha çox ehtiyac duyulan mal və xidmətlərin qiymətlərinin süni surətdə artırılması və sair üsullarla situasiyadan yararlanmaq istəyən fürəstcillərin bəd əməllərinin vaxtında aşkarlanması və sərt şəkildə cəzalandırılması, bu sahədə gözlənilən daha böyük problemlərin qarşısının alınması baxımından çox zəruridir.
Dördüncüsü,karantin rejiminin yumşaldılması ilə əlaqədar olaraq avqustun 5-dən etibarən bir sıra sahələrdə müəyyən yumşalmalar oldu. Bununla belə bəzi sahələr açılsa da,rəsmən qapalı sahələr üzrə işsizliklə bağlı problem hələ də qalır.Turizm obyekləri, şadlıq sarayları, mərasim evləri, iri ticarərt obyektləri, idman salonları, qapalı restoranlar,iri ticarət mərkəzləri və sair bu kimi bəzi iş yerlərinin fəaliyyəti hələ də bərpa olunmayıb və ya tam bərpa olunmayıb.Orada işləyən insanlar,eləcə də günəmuzd işləyən digər şəxslər hələ də işsizdir. Fəaliyyəti dayanmayam və ya brpa edilən bir sıra sahələrdə işçilərin bir hissəsi ixtisar olunub və ya bir neçə aydır maaş almır. Hökumətin tətbiq etdiyi 190 manatlıq birdəfəlik ödəmə ünvanlılıq prinsipi əsas götürülərək pandemiya dövründə zərər çəkən işsizlər üçün,yəni işsiz olan və məhz heç bir gəliri olmayan şəxslərə verilməsi nəzərdə tutulur. Həmin kateqoriyaya uğun insanlar üçün nəzərdə tutulan 190 manatlıq birdəfəlik yardımın mahiyyəti ondan ibarətdir ki, karantin şəraitinə görə işini və işləmək imkanını itirən və çox ağır vəziyyətə düşən şəxslərə həmim vəziyyətdən çıxması üçün yardım edilsin. Sərtləşdirilmiş karantin rejiminin sentyabr ayının 30-dək davam etməsi səbəbindən belə şəraitdə sərt karantin rejiminin uzadıldığı Bakı, Sumqayıt, Abşeronda imkansız vəziyyətdə qalan insanlara heç bir tərəddüd etmədən 190 manatlıq birdəfəlik ödəmələrin verilməsi də davam etdirilməlidir.Çünki aztəminatlı və işsiz qalan insanların vəziyyəti həqiqətən çox ağırdır,onlara real kömək göstərmək lazımdır. Eyni zamanda xüsusi qeyd etmək lazımdır ki,müraciət edənlərin çoxu yardımla yanaşı, həm də işlə təmin edilməsini də istəyir.İşsizlərin uçotu yenidən aparılmalı,statistika yenidən işlənib hazırlanmalııdr. Statistikanı dəqiqləşdirib növbəti aylarda işlə təmin edilməsi mümkün olan hissənin xüsusən regionlarda yeni iş yerlərinin yaradılması yolu ilə işlə təmin edilməsi, mümkün olmayan hissənin isə müavinət və ünvanlı sosial yardımla təmin edilməsini zəruri hesab edirik. İşsizlik statusu alanların və işsizlikdən sığorta haqqı deyilən müavinət alanların sayı tədricən işsizlərin sayına uyğunlaşdırılmalıdır. ÜSY dairəsi genişləndirilməli,kiçik pay torpağı olduğuna görə ÜSY-dan məhrum olan imkansız kənd əhalisinin vəziyyətinə yenidən baxılmalı, aylıq gəliri ehtiyac meyarından aşağı olan kənd sakinlərinə də ÜSY verilməsi istiqamətində başlanan addımlar genişləndirilməlidir.İctiami işlər üzrə vakant yerlərə əlavə işçi cəlb etmək məqsədilə işçiyə verilən 250 manatlıq məbləğə yenidən baxılmalı və artırılmalıır. Özüməşğulluq kimi çox perspektivli layihənin reallaşdırılmasının keyfiyyətinin artırılması istiqamətində əlavə tədbirlər görülməli və bu işə əlavə maliyyə yönəldilməli və sairəsi sürətlə artırılmalıdir. Onlayn üsulu ilə evdə iş variantının dairəsinin genişləndirilməsi istiqamətində əlavə tədbirlər görülməlidir.
Beşincisi,pandemiya şəraitində sahibkarlığın dəstəklənməsi istiqamətində reallaşdırılan biznes patet mühüm rol oynayır. On minlərlə sahibkarlıq subyektinə və sahibkarlıq subyektində çalışan yüz minlərlə muzdlu işçiyə dövlətin maliyyə yardımı çatdırılıb. Yüzlərlə sahibkara yeni proqramlar üzərində güzəştli kreditlər təqdim edilir.Daşınmaz əmlakla, torpaqla, mənfəət və gəlirlə bağlı və s. istiqamətdə vergi güzəştləri nəzərdə tutulub və ilin sonuna qədər davam edəcək. Bu yöndə həyata keçirilən müvafiq Tədbirlər Planı üzrə görülən işlərin təhlili nəticəsində bu sahədə mövcud olan çatışmazalıqlar və zəif bəndlər aradan qaldırılmalı,görülən işlərin,xüsusən də kiçik və orta biznesə real dəstək və kreditlərə görə güzəştlərin real səmərəsinin artırılması istiqamətində əlavə tədbirlər görülməlidir ki, qeyd olunan tədbirləri əlaqəli və dolğun şəkildə həyata keçirməklə, pandemiya və neftin qiymətinin aşağı düşməsi nəticəsində bu ilin martından sonra iqtisadiyyatımızda özünü göstərən geriləmələri aradan qaldırmaq, bu ilin dördüncü rübündə və gələn il də ölkədə makroiqtisadi sabitliyi,eləcə də manatın nisbi sabitliyini və valyuta ehtiyatlarını qorunub saxlamaq, əmək müqavilələrinin sayını artlrmaq, işsizliyin sürətlə artmasının qarşını almaq,işgüzar fəallığı artırmaq koronavirusun psixoloji gərginliyini aradan qaldırmaq mümkün olsun.
COVID-19-a qarşı mübarizədə əhalinin sağlamlığının qorunması, aztəminatlı təbəqənin sosial müdafiəsinin etibarlılığının artırılması və iqtisadiyyatın çökməsinin qarşının alınması kimi 3 əsas məsələnin qarşılıqlı əlaqəli və səmərəli şəkildə həlli, bu bəladan az itki ilə qurtarmağımızda həlledici rol oynaya bilər.Bu virusdan xəstələnmə və ölüm hallarına son qoyular, iqtisadiyyatımızın həm ölkə daxilində, həm də xarici iqtisadi məkana açılması tezləşər, qısa müddətdə tənəzzüldən qurtulub, inkişaf trayektoriyasına çıxa bilərik.
Əli Məsimli
Milli Məclisin deputatı
araz.az xəbər portalı.