peyvend 2Əgər bu vaksinin faydaları potensial riskləri aşarsa, klinik sınaqların üçüncü mərhələsi bitməmişdən əvvəl koronavirusa qarşı peyvəndi təsdiqləməyə hazıram.

Turkustan.info xəbər verir ki, bu sözləri ABŞ-ın Qida və Dərman İdarəsinin rəhbəri Stiven Han (FDA) “Faynenşl Tayms”a müsahibəsində bildirib.

“Peyvəndi sınaqlar bitmədən əvvəl təsdiqləmək qərarı Prezident Donald Trampı məmnun etmək üçün deyil. İcazə və ya təsdiq üçün müraciət etmək sponsordan (peyvəndi hazırlayan şəxslər) asılıdır. Biz yalnız vaksinin tətbiqinə dair ekspert rəyi veririk”, – Han deyib.   /Axar.az/

araz.az xəbər portalı.