Şimali Koreyanın diktatoru Kim Çin İnn koronavirus pandemiyasına qarşı tədbirlər çərçivəsində “əndrabadi” qərarlar verib.
Reyting.az-ın xəbərinə görə, son aylar səhhətində yaranan problemlər səbəbindən səlahiyyətlərini bacısına verdiyi haqda müzakirələr gedən Kim Çin İnin pandemiyadan qorunmaq üçün Çin ilə sərhədlərdə xidmət edən əsgərlərə 1 kilometrdən çox onlara yaxınlaşanları güllələmək əmri verib.
İddiaya görə, bu əmri verməzdən əvvəl Çinlə sərhəddə keşik çəkən əsgərlərə əlavə güllələr paylanılıb. Bu əmrə görə, əsgərlər onlara yaxınlaşan şəxsləri bir kilometr məsafədən vura bilər.
Qeyd edək ki, indiyə qədər koronavirusun tapılmadığı Şimali Koreya elan edib ki, Cənubi Koreyadan gələn bir nəfərdə COVİD-19 tapılıb.
RFA radiostansiyasının iddiasına görə, diktatorun əmri ilə sərhəd boyu əsgərlərə gerçək güllələr verilib və əsgərlər ölkə sərhədlərini pozan şəxsləri güllələmək əmri alıblar.
Əlavə edək ki, ötən ay Şimali Koreya polisi xalqa “düşmənin virusla sərhədlərə sızmaq istədiyi”nə dair açıqlama yayıb.
araz.az xəbər portalı.