a“Azərbaycanda dövlət idarəetməsində ciddi islahatlar aparılmalı, bir-birini təkrarlayan qurumlar, o cümlədən rayon icra hakimiyyətləri ləğv edilməlidır. Ən əsası dövlət qurumlarının işi yenidən qurulmalı, səmərəliliyin ölçülməsi standartları tətbiq edilməlidir”.

Bunu Redaktor.az-a açıqlamasında beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, “Bureau De Qualite” şirkətinin rəhbəri Asif İbrahimov bildirib. 

Maraqlıdır, İcra Hakimiyyətləri ləğv olunsa rayonları kim idarə edəcək?

Ekspert bildirib ki, bu məsələdə Türkiyə modelininin fundamental elementlərini istifadə edə bilərik:

“Əgər bələdiyyələr varsa, niyə İcra Hakimiyyətləri də mövcuddur? Birmənalı olaraq deyirəm ki, icra hakimiyyətləri ləğv edilməlidir. Bələdiyyələrin səlahiyyəti artırılmalıdır. Bələdiyyələrimiz bu gün dövlətdən maliyyələşir, lakin fəaliyyətləri torpaq satışından ibarətdir. Bu istiqamətdə Türkiyə modelini daha uğurlu hesab edirəm. Yerli icra orqanlarının dövlət büdcəsindən vəsait alması dayandırılmalıdır. Bu qurumlar özləri özlərini təmin etməli, həvalə edilmiş rayonlarda biznes mühitinin, turizmin inkişafını təmin etməli və yerli və beynəlxalq investorların cəlb edilməsini təmin etməldirlər”.

Asif İbrahimov qeyd edib ki, ilk növbədə bələdiyyələrin statusları artırılmalıdır:

“Ləğv edilmiş İcra hakimiyyətlərinin səlahiyyətləri bələdiyyələrə verilməldir. Fəaliyyət göstərdikləri ərazilərdə nəqliyyat, tikinti, turizm, ictimai iaşə obyektlərinə və digər sahələrə verilən icazələrdən əldə edilmiş vəsaitlər hesabına, eyni zamanda yerli və xarici investorların cəlb edilməsindən əldə etdikləri vəsaitlər hesabına maliyələşməlidir. Və təbii ki, əvvəllər də mövcud bir sıra vergilər hesabına.

Bir sözlə qardaş Türkiyədə mövcud olan Bələdiyyə sisteminə uyğun olaraq bələdiyyə sistemimizi qura bilərik. Bunun nəyi pisdir ki, biri var rayonun aqibəti haqqında bir nəfər qərar verir, biri də var ki, rayonun bütün əhalisi”.

araz.az 

araz.az xəbər portalı.