755949864674276 768x403Erməni nəşri “ArmenianReport” Rusiya dövlətinin başçısına dəhşətli xarakteristika verib.

KONKRET.az xəbər verir ki, adı çəkilən nəşrdə yayımlanan “Kreml Tonoyana stavka verir” məqaləsində deyilir:

“Açıq şəkildə aydındır ki, Rusiya prezidenti Vladimir Putin Paşinyanı heç vaxt  Ermənistan-Rusiya münasibətlərinin gələcəyini müzakirə etmək üçün bir insan kimi qəbul etməyəcəkdir. Putin hər dəfə və açıq şəkildə, burada ona hörmətlə yanaşmalıyıq, Paşinyana nifrətini nümayiş etdirib və eyni zamanda Robert Köçəryana dəstək verib. Putin siyasət və müharibə cinayətkarı olaraq, hakimiyyəti itirməyin risklərini yaxşı bilir. Köçəryana baxanda o, Rusiyada hakimiyyətin inqilabi dəyişməsi nəticəsində özünü görür. Bu, Xabarovskdakı hadisələrin fonunda artıq utopiya kimi görünmür”.

Müəllifə görə, “ordan Putinin bütün qorxuları başqasının dodaqları ilə səslənir”.

“Məsələn, Paşinyan RBK telekanalına verdiyi müsahibədə RT telekanalının baş redaktoru Marqarita Simonyanın dilindən danışıb. Əlbəttə, o, istər Simonyana, istərsə də Kremlə lazımı cavabını verə bilmədi. Bəli, Simonyanın kuratorları onun Ermənistan-Rusiya münasibətləri ilə bağlı yazılarının erməni dairələrində və Ermənistanda kəskin mənfi reaksiya doğurduğunu söylədilər. Yəni bu, boş bir güllə idi. Simonyan təkcə Ermənistanda deyil, bütün dünyada həddən artıq birmənalı reputasiyaya malikdir” deyə nəşr bildirir.

Sonda erməni nəşri yazır ki, indi Moskva Paşinyanı devirərək onun yerinə hazırkı müdafiə naziri David Tonoyanı gətirmək istəyir.

Babək Göyüş

KONKRET.az 

araz.az xəbər portalı.