Beynəlxalq Bankdan ( BB ) 10 milyard pulun yoxa çıxması hələ də sirr olaraq qalır
Düzdür, buna görə, BB-ın rərhbəri Cahangir Hacıyev hazırda məhbus həyatı yaşayır. Amma yenə müəmmalar, açıq suallar var ortada.
Bu pulları kimlər götürüb və niyə qaytarmırlar ?
Bir müddət əvvəl Prezident Aparatının keçmiş şöbə müdiri Fatma Abdullazadənin BB-dan 50 milyon kredit götürdüyü və qaytarmadığı barədə məlumat yayıldı.
NUH.az-a daxil olan məlumata görə, sabiq Baş Prokuror Zakir Qaralov da vaxtilə BB-dan 500 milyon dollar kredit götürüb ( AKKORD üçün ) və hələ də qaytarmayıb.
Məlumata görə, hazırda bu kreditlə bağlı Zakir Qaralovla ciddi söhbət gedir.
araz.az
araz.az xəbər portalı.