bandicam 2020 09 01 13 34 51 806Bilindiyi kimi Ramiz Mehdiyevin Administrasiya rəhbərliyindən kənarlaşdırılması,onun vəzifə hərisliyi və kresloda keçinmə istəyi nəzərə alınaraq AMEA-na prezident təyin olunmasından sonra, bu “Boz kardinal” hələ də bir çox şeyə nəzarət edə biləcəyi düşüncəsində idi.Təkcə düşüncəsində deyil,elə belə də hesab edirdi.Amma qoca bir şeyi unutmuşdu ki,ölkəni idarə edən şəxs Heydər Əliyevin yetişdirməsi olan İlham Əliyevdi və onun bütün oyunpozanlıqlarını gözəl bilir.
Ramiz Mehdiyev  bu ölkədə gəncliyin qarşısını kəsən,gəncləri müxtəlif vəzifələrdə irəliləməsini əngəlləyən yeganə şəxs olub. Bircə onu deyim ki,20 saylı Nərimanov 2-ci Seçki Dairəsindən deputat seçilən Adil Əliyevin 2010-cu ildə mühüm bir nazir postuna ən layiali namizəd olmasına baxmayaraq Ramiz Mehdiyev bütün imkanları ilə bu təyinata mane olub.Ramiz Mehdiyev 2005-ci ildə belə Adil Əliyevin seçilməsini istəmirdi.
O təbliğat-təşviqat dövründə qeydə alınan müxalif namizədlər vasitəsi ilə belə bir rəy yaratmağa çalışırdı ki, Əli İnsanovun həbsi ilə AdilƏliyevin üzərindən xət çəkilib.Amma ölkə rəhbərliyi Adil Əliyevin sədaqətini və xalqla işləmə imkanlarını müsbət qiymətləndirirdi.Məhz bu səbəndən də Ramiz Mehdiyevin bütün təyzialərinə baxmayaraq YAP-sı Adil  Əliyevi dəstəklədi.
Nahid Canbaxışlı
Vətəninfo.az İnformasiya Agentliyinin
Baş redaktoru

araz.az xəbər portalı.