Bir neçə gün əvvəl Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə məxsus, Bakının mərkəzində yerləşən KABABZADA restoranı barədə yazmışdıq. Daha doğrusu, dilimizə yad olan belə əcaib adları tənqid etmişdik. Heç cənab komitə sədrinin biznes fəaliyyətinin ölkə qanunları ilə qadağan olunduğunu qeyd etməmişdik. Sən demə, cənab Rövşən Rzayev əməlli-başlı restoranlar kralı imiş. Bəli, son günlər mediada yayılan məlumatlardan bəlli olur ki, cənab Rzayevlə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Almaniyada şərikli restoran biznesi var. Bəli, Berlində “Karabakh” (“Qarabağ”) və Kölndə “Old Baku” (“Qədim Bakı”) restoranları hər iki dövlət məmuruna məxsusdur. Ortaya xeyli suallar çıxır. Görəsən Azərbaycan qanunlarında dövlət məmurunun kommersiya, biznes fəaliyyəti ilə məşğul olmasının qadağan edilməsi Rövşən Rzayevə aid deyilmi ? Bəlkə, Rövşən Rzayev göydən gəlib, bəlkə Həsənağanın qohumudur ? Bəlkə xəbərimiz yoxdur. Ötən dəfəki yazımız ( Rövşən Rzayev “xiyar sezonun”da əmək fəaliyyətinə başlayıb” ) cənab komitə sədrinin “çestinə” toxunub. Və gundelik-baku.com saytına xaker hücumu təşkil etdirir. Cənab komitə sədri ! Biz sizdən soruşmuşduq ki, ali məktəbə daxil olanadək, yəni 2 il harada olmusunuz ? Bu tərcümeyi-halınızda niyə öz əksini tapmır ? Bəlkə dövlət sirridir ? Cənab Rzayev ! Biz bir media olaraq sizdən soruşmuşduq ki, heç bir ali və orta təhsiliniz olmadığı halda Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə necə və neçənci ildən işləmisiniz ? Bəlkə xiyar sezonunda ? Bunu tərcümeyi halınızda niyə yazmırsınız ? Bu haqlı sualların nəyi xoşunuza gəlməyib, cənab Rzayev ? Əgər yazdığımız məqalələrdə sizi nəsə qane etmirdisə, sivil dünyada olduğu kimi öz mövqeynizi, təkzibinizi göndərə bilərdiniz. Amma siz qeyri-sivil yola əl atıb sayta xaker hücumları təşkil edirsiniz. Siz buna görə məsuliyyət daşıyırsınız. Siz medianı başqa sahələrlə səhv salmayın. Burada İŞİD metodları keçmir. Ulu Öndərimizin bir sözünü unutmayın: “ Media ilə dost olun, dost ola bilmirsinizsə, çalışın düşmən olmayın”.
P.S. Rövşən Rzayevin ətrafında olan Əli Həsənovun ”ÇETE”sinə daxil,öz adlarını latın qrafikası ilə düzgün yaza bilməyən bəzi redaktorlara demək istərdik ki,”RAZMER”inizdə olmayan işlərə baş qoşmayısınız,sizi darıxdırar…..
araz.az xəbər portalı.