Əsas mətləbə keçməzdən öncə qeyd edək ki, İsmayıllı rayonuna icra başçısı təyin olunan Nahid Bağırova cəmi 2 ay sonra Prezident İlham Əliyevin sərəncamı ilə TÖHMƏT verilib.
Təsəvvür edirsiniz Elşad Abdullayevin məşhur ABU-sunu bitirən cənab başçı Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə haqlı olaraq töhmət aldı.
Rayona təzəcə təyin olunmuş icra başçısı karantin vaxtı İsmayıllı meşələrinə YAYLAĞA çıxıbmış.
Bəh bəh.
Mənim sualım cənab başçıyadır.
Cənab Bağırov !
Meşəyə yaylağa çıxanda narkoplantasiyanı görmədiniz ?
Cənab Başçı !
Deyirsiniz İsmayıllı meşələrinə xaricdən TURİST gətirmək, turizm biznesini inkişaf etdirmək istəyirsiniz. İranlılar demiş, XUB !
Bəs xəbəriniz varmı iyulun 24-də İsmayıllı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonunun Qalınçaq kəndinin ərazisində yerləşən meşə sahəsində narkotik plantasiyası aşkar edilib. Əraziyə baxış zamanı oradan ümumilikdə 2457 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülüb. Araşdırma zamanı məlum olub ki, narkotik bitkilər Qalınçaq kəndi ərazisindəki meşə sahəsində xüsusi qulluq göstərməklə yetişdirilib.
Söhbət 3-4 çətənə kolundan deyil, minlərlə narkotik tərkibli bitkidən gedir e. cənab başçı. Siz meşəyə yaylağa gedəndə o boyda narkotik plantasiyasını görmədinizmi ?
Bəs siz nəyi görürsünüz, cənab Bağırov ?
{loadmoduleid 256}
Cənab başçı !
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rayondakı səlahiyyətli nümayəndəsi Əfqan Qəribovun əməllərindən xəbəriniz varmı ?
Bəs Əfqan Qəribovun”ağsaqqalı”, Muğanlı-İsmayıllı yolunun kənarında yerləşən “Şöhlətoğlu” istirahət mərkəzinin müdiri Novruzu necə tanıyırsınızmı ?
Onun obyektində siyasi yiğıncaqlar keçirilməsindən necə xəbəriniz varmı ?
Bəs, sabiq ekonazir Hüseynqulu Bağırovun sağ əli, Meşələr şahı Ramazan Xəlilovun İsmayıllı meşələrindəki əməllərindən necə ?
Bəs sizin başınız hara, nəyə qarışıb, cənab başçı ?
Allah xatirinə, saxla turizm-filan biznesini.
Əcnəbi turistlər gəlib İsmayıllı meşələrindəki narkotik tarlasını görüb sonra bizi dünyada biabır edərlər.
Belə getsə, cənab başçı, deyəsən sizin etimad limitiniz Bakcell-in konturu kimi vaxtından çox qabaq bitəcək.
araz.az xəbər portalı.