6f30df92de7a8817d9baa77b855c8b65“Rəsmi Bakı Ermənistana qarşı öz şərtləri əsasında danışıqlar stoluna oturmalıdır”
“Azərbaycan tərəfi Türkiyə ilə hərəkət etməli, Qarabağ cəbhəsində lokal döyüşlərə başlamalıdır”
“Azərbaycan və Rusiya arasında aparılan danışıqların nəticəsi ondan ibarətdir ki, ölkəmiz Kremlin istədiyi kimi bu ölkədən silah almayacaq”. 
Bu sözləri “Sherg.az”a politoloq Məhəmməd Əsədullazadə deyib. 
Analitikin sözlərinə görə, guya Azərbaycanın Rusiya ilə birgə Paşinyanı cəzalandırmaq üçün “müharibə oyunu” təşkil edəcəyi rəyini formalaşdırmağa çalışırlar: 
“Ölkəmiz Moskvanın bu oyununa razı olmaz. Sergey Lavrov danışıqların bazasının hazır olduğunu qeyd edir. Azərbaycan tərəfi isə Ermənistanla məzmunsuz danışıqlara getmək istəmir. Rəsmi Bakı Ermənistana qarşı öz şərtləri əsasında danışıqlar stoluna oturmalıdır. Əgər İrəvan buna hazır olarsa, proses yenidən başlaya bilər.
Türkiyə faktoru da burada önəmli rol oynayır. Ermənistan hakimiyyəti danışıqlarda işğal olunmuş ərazilərin boşaldılmasına getməyəcək. Hətta daha aqressiv yanaşma ortaya qoyacaq. Bu da müharibəni yenidən alovlandira bilər. Ermənistanda ciddi panika var. İşğalçı ölkə “könüllü ordu” yaratmaqla guya əlini gücləndirir.
Qarabağla bağlı yeni bir proses başlaya bilər. Azərbaycan tərəfi Türkiyə ilə hərəkət etməli, Qarabağ cəbhəsində lokal döyüşlərə başlamalıdır”

araz.az xəbər portalı.