Suraxanı rayonunda yerləşən və öz unikallığı ilə digər Abşeron ovdanlarından fərqlənən “Müzəffər” ovdanının ərazisinin zəbt edilməsinin qarşısı alınıb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Mia.az-a bildirilib ki, Dövlət Xidməti tərəfindən Suraxanı Rayon İcra Hakimiyyətinə ünvanlanan müraciətdən sonra bir müddət öncə qanunsuz olaraq zəbt olunan abidənin ətrafındakı hasarlar sökülüb, hazırda təmizlik işləri görülür.
Qeyd edək ki, qədim karvan yolunun üstündə yerləşən XIX əsrin əvvəllərinə aid “Müzəffər” ovdanı iki quyudan ibarətdir.
araz.az xəbər portalı.