Azərbaycanda bu maşınlar hərracda ucuz satılacaq: “Ford”, “Skoda”, “Nissan” 3-9 min manat – SİYAHI – Avtosfer.az
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti sentyabrın 29-da növbəti özəlləşdirmə hərracını keçirəcək. Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, hərraca 43 dövlət əməlakı ilə yanaşı bəzi dövlət qurumlarının balansında olan 13 nəqliyyat vasitəsi də çıxarılacaq.
Avtosfer.az həmin nəqliyyat vasitlərinin siyahısını təqdim edir:
s/n |
Balanssaxlayıcı müəssisənin adı |
Avtonəqliyyat vasitəsinin markası |
Buraxılış ili |
Start qiyməti (manatla) |
10% beh (manatla) |
1. |
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası |
Nissan Maxima |
2006 |
9000 |
900 |
2. |
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası |
BMW 740 Lİ |
2006 |
18000 |
1800 |
3. |
“Zabrat Maşınqayırma Zavodu” Açıq Səhmdar Cəmiyyəti |
Daewoo Super Salon |
2000 |
1500 |
150 |
4. |
Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi |
QAZ-2705 yük |
1999 |
2000 |
200 |
5. |
Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi |
Ford Mondeo |
2007 |
7000 |
700 |
6. |
Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi |
Peugeot 607 SH |
2007 |
7000 |
700 |
7. |
Kürdəmir Rayon İcra Hakimiyyəti |
Chevrolet Niva GLC-212300 |
2010 |
7500 |
750 |
8. |
Azərbaycan Respublikası Ali Məhkəməsi |
Skoda Octavia |
2003 |
3000 |
300 |
9. |
Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı |
Yamaha XJ 900P |
2009 |
3000 |
300 |
10. |
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
Nissan Maxima |
2005 |
10000 |
1000 |
11. |
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsi |
VAZ-21041 |
2008 |
4000 |
400 |
12. |
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qobustan Rayon Statistika İdarəsi |
VAZ-21041 |
2008 |
3300 |
330 |
13. |
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi |
QAZ-3110 |
2000 |
2000 |
200 |
Hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.
Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emdk.gov.az) “Elektron hərrac” bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.
Namiq Musayev
araz.az xəbər portalı.