Dünyanın inkişaf etmiş ölkələrində varlı adamların, milyonçuların şəxsi təyyarələri var. Dəyəri bir neçə on, hətta yüz milyon dollarla olan şəxsi təyyarələr bu insanların təkcə xarici səfərləri zamanı deyil, həm də ölkədaxili səyahətlərində istifadə olunur.
Təbii olaraq hər kəs şəxsi təyyarələrə sahib ola bilmir.
Azərbaycanda da şəxsi təyyarələri olanlar var. Lakin şəxsi təyyarəsi olan azərbaycanlılar onu xarici ölkələrdə saxlamağa üstünlük verirlər. Çünki şəxsi təyyarələrin saxlanılması Azərbaycanda baha başa gəlir.
Araz.az saytı xəbər verir ki, Modern.az-ın Türkiyədəki mənbələrdən əldə etdiyi məlumata görə, şəxsi təyyarəsi olan bir neçə azərbaycanlı var. Bunlar eks-nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov (hazırda yoxdur), məşhur iş adamı, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovdur.
Məlumata görə, Mübariz Mənsimovun 5 şəxsi təyyarəsi olsa da, hazırda biri qalıb. Onun şəxsi təyyarəsi ilə İstanbuldan birbaşa Amerika Birləşmiş Ştatlarına getmək olur.
Telman İsmayılovun 2 şəxsi təyyarəsi olub, lakin indi yoxdur. Həmçinin Anar Məmmədovun da bir təyyarəsi olsa da, hazırda yoxdur.
Məlumata görə, daha bir azərbaycanlı məmur hələ də İstanbula şəxsi təyyarəsi ilə gedib-gəlir.
araz.az xəbər portalı.