Lənkəranın icra başçısı Taleh Qaraşova məxsus “Dəniz” restoranında hər gün xeyli sayda qonaqların iştirak etdiyi məclislər keçirilir.
Şəhər sakinləri virtualaz.org-a bildiriblər ki, restoran rəhbərliyi karantin rejiminin tələblərinə tamamilə məhəl qoymur.
Yerli sakinlərin dediyinə görə, Operativ Qərargahın qərarına zidd olaraq “Dəniz” restoranında hər gün toylar təşkil edilir.
Restoran rəhbərliyi toyların təşkilini 3-5 min manat arasında məbləğə qiymətləndirib.
araz.az xəbər portalı.