Son aylar dünyada və ölkədə baş verən fövqaladə vəziyyət, həm də, sahibkarların fəaliyyətinə təsirsiz ötüşməyib. Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə sahibkarların itkilərini minimuma endirmə proqramı qəbul olundu və ciddi nəticələr verdi. Prezident, həmçinin, bütün aidiyyatı qurumlara ciddi şəkildə tapşırıq verərək, süni əngəllərin aradan qaldırılması, özbaşınalıqlara son verilməsi ilə bağlı göstərişlır verdi. Təəssüf hissi ilə qeyd edirik ki, bəzi qurumlar bu tapşırıqlara, yumşaq desək, məhəl qoymurlar.
GundemXeber.Az bildirir ki, iqtisadi.az saytına daxil olan şikayət əsasında “Grass” MMC şirkətinin rəsmisi Səhiyyə nazirliyinin iki qurumu arasında, çıxılmaz vəziyyətdə qaldıqlarını bildirib: “Biz Səhiyyə nazirliyinin iki qurumu arasında qalmışıq. Gigiyena sertifikatı ilə bağlı problem 45 gündür ki, həllini tapmır. Əvvəllər Səhiyyə nazirliyi nəzdində olan Sanitariya Karantin İdarəsi dezinfeksiya məhsullarına Gigiyena sertifikatını 3-5 gün ərzində verirdi. İndi isə, həm də, Səhiyyə Nazirliyinin Kollegiyasının 93 saylı qərarına əsasən 14 oktyabr 2019-cu il tarixindən Analitik Ekspertiza Mərkəzi Publik Hüquqi Şəxsi kimi fəaliyyət göstərən mərkəzdən rəy alınmalıdır. Rəyin alınması üçün bütün tələb olunan sənədləri təqdim etsək də, bir sıra, əlavə, işəaid olmayan sənədlər tələb olunur. Bizim 20-yə yaxın işçimin var, nümunəvi vergi ödəyicisiyik, Prezident İlham Əliyevin çağırışlarından ruhlanaraq sağlam biznes qurmuşuq. Ancaq Analitik Ekspertiza Mərkəzinə görə ciddi problemlərimiz yaranıb.”
Məsələ ilə bağlı Analitik Ekspertiza Mərkəzinin rəyini öyrənmə çalışsaq da, nəticəsi olmamışdır.
Mövzunu davam etdirəcəyik.
GundemXeber.Az
araz.az xəbər portalı.