1599043662 etibar1 e1560977312505“Mübariz Mənsimova qarşı irəli sürülən ittihamlar şübhəlidir”
Ovqat.com xəbər verir ki, bu fikirləri AMİP lideri Etibar Məmmədov iş adamı Mübariz Mənsimovun həbsi və ona qarşı irəli sürülən ittihamlarla bağlı sualımızı cavablandırarkən deyib.
“Soydaşımız Mübariz Mənsimovun uzun illər ərzində qurub yaratdığı “Palmali” Şirkətlər Qrupu 5 qitədə fəaliyyət göstərən və özündə 35 mindən artıq işçini birləşdirən bir dəniz sənayesidir. Həmin şirkətdə çoxlu sayda Azərbaycan vətəndaşı çalışır. Mübariz Mənsimovun dəstəyi ilə Türkiyə və Azərbaycanda təhsil alan minlərlə tələbə təqaüd alır. Mənsimov  insanlara maddi və mənəvi dəstək olan, cəmiyyət üçün faydalı bir şəxsiyyət olaraq tanınır və sevilir.
Ona qarşı irəli sürülən ittihamlarla tanışam və görünən odur ki, ittihamların böyük əksəriyyəti şübhəlidir. Odur ki, Türkiyə ədalət sisteminin ciddi şəkildə araşdırma aparmasına ehtiyac olduğu qənaətindəyəm”. 

araz.az

araz.az xəbər portalı.