600@0-19.jpg


 Ermənistanda Putindən sonrakı dövrün böyük müharibəsinə hazırlaşırlar.

Bu ildən Rusiya Avrasiya İttifaqının sədridir  və bununla bağlı prezident Vladimir Putin bir sıra MDB ölkələrini – Tacikistan, Özbəkistan və Azərbaycanı Avrasiya İttifaqında müşahidəçi olmağa dəvət edib.

Araz.az-ın İstiPress-ə istinadən məlumatına görə,  “Eurasia Review” portalı “Azerbaijan In EAEU: Is It Possible?” (Azərbaycan Avrasiya İttifaqında: bu mümkündürmü?) başlıqlı məqalədə Azərbaycanın bu təklifə necə cavab verə biləcəyi barədə variantları şərh edib.

Məqalə müəllifi iki il qabaq Azərbaycan Xarici İşlər Nazirliyi səviyyəsində bunun mümkün ola biləcəyi barədə açıqlamalar səsləndiyini, amma Avrasiya İttifaqının üzvü Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bunun hələlik qeyri-mümkün olduğunu bildirir. Lakin məqalədə Türkiyənin son illərdə Rusiya ilə yaxınlaşması yada salınır və vurğulanır ki, əgər Türkiyə Avrasiya İttifaqı ilə əməkdaşlıq yolu seçərsə, təbii ki, Azərbaycan da buna meyllənər.

Avrasiya İttifaqı

Avrasiya İttifaqı

Təbii ki, məqalə Rusiya ilə Azərbaycanın münasibətlərinin yaxşılaşmasına çalışan dairlər tərəfindən hazırlanıb. Yəni iki ölkə arasında sovet keçmişindən gələn dost münasibətlərin möhkəmlənməsi hər iki dövlətin sakinləri üçün yalnız müsbət nəticələr vəd edir.   

Amma erməni eksperlər bu yaxınlaşmanı istəmirlər və Rusiyada kardinal dəyişikliklər ola biləcəyini vurğulayırlar. Onlar Vladimir Putinin seçki kampaniyasında iştirak etməməsini və mətbuata görünməməsini əsas kimi gətirirlər. Məsələn erməni şərhçi Naira Ayrumyan “Lragir”də yazdığı məqaləsində Rusiyada hakimiyyət dəyişikliyi ola biləcyini vurğulayır və sətiraltı sözlərlə iddia edir ki, Putin hakimiyyətdaxili çəkişmələr nəticəsində mühasirəyə alınıb. Sən demə, erməni şərhçinin təbirincə, Putini bu vəziyyətə salan erməniəsilli ABŞ generalı Cefri Xarriqyan imiş və o, Suriyada 300 rus hərbçini öldürtdükdən sonra Putinin vəziyyəti pisləşib.

Ayrumyan dolayısı ilə Ermənistan hakimiyyətinə tövsiyə edir ki, Rusiyadakı hadisələri diqqətlə izləsin, lazım gələrsə ABŞ-ın qapılarını döysün.

Ksenya Sobçak - seçkilərdə Putinin əsas rəqibi

Ksenya Sobçak – seçkilərdə Putinin əsas rəqibi

Yəni ermənilər Putinsiz Rusiya ilə bir yerdə olmaqdan qorxurlar və düşünürlər ki, əgər Putin dinc yolla hakimiyyəti keçmiş şefi Anatoli Sobçakın qızı Kseniya Sobçaka ötürərsə, bu, Ermənistan üçün Qarabağ məsələsi baxımından ciddi məğlubiyyət demək olacaq. Çünki Sobçak postsovet məkanında bütün separatizm meyllərinin dayandırılmasına, Krımın yenidən Ukraynaya qaytarılmasına çağırır. O, bu cür separatizm hallarının Rusiyaya da sirayət etməsinin təhlükəli olmasını vurğulayır. Bu isə Rusiyanın Qarabağ məsələsində Ermənistanı dəstəkləməyəcəyi deməkdir. 

araz.az xəbər portalı.