114113646 gettyimages 1219401083Elm adamları Rusiya və Çinin ərsəyə gətirdiyi, hətta tətbiqinə başlamağı düşündüyü COVID-19 peyvəndi ilə bağlı qorxunc açıqlamalar yayıb.
Publika.az xəbər verir ki, araşdırmaların nəticəsinə görə, bu iki ölkənin peyvəndləri qrip peyvəndinin də hazırlanmasında geniş istifadə olunan və bir virus növü əsasında yaradılan metodla hazırlanıb. Bu durum isə peyvəndlərin effektivliyini azaldır.
Çinin “CanSino” firması tərəfindən hazırlanan və hərbi məqsədlər üçün istifadə icazəsi verilən peyvəndi (6185.HK) 5-ci tip adenovirusdan (Ad5) modifikasiya edilib.
Rusiyanın Qamaleya adına institutu tərəfindən hazırlanan peyvənd də Ad5 mənbəlidir. Lakin bu peyvənddə Ad5 ilə birlikdə “Ad26” da var. İnstitut mütəxəssisləri bu cüt mənbəyin immun sistemindəki problemlərin öhdəsindən gələcəyini düşünür.
Rusiya da, Çin də illərdir Ad5 mənbəli peyvəndləri Ebola virusu üçün təsdiqlənmiş formada istifadə etmək məsələsində təcrübəli olsalar da, koronavirus peyvəndi mövzusunda bu suallara cavab verməkdən qaçırlar.
ABŞ-ın Con Hopkins Universitetində peyvənd araşdırmaçısı işləyən Anna Durbin Ad5 ilə bağlı qayğılarını dilə gətirib: “Məqsədləri nədir, bilmirəm. Bu Ad5 məni narahat edir, çünki bir çox insanın buna qarşı immuniteti var. Bu durum peyvəndin effektini azaldacaq. Effekti 70% belə olarmı, bilmirəm. Bəlkə 40% ola bilər. Bu da əlimizdə heç bir şey olmamasından yaxşıdır”.
Elm adamları Ad5 mənbəli peyvəndlərin onillərdir ki, infeksiyalara qarşı istifadə edildiyini, lakin bunun geniş yayılmadığını söyləyir. Ad5 zərərsiz daşıyıcıları hüceyrələrə ötürür və orqanizmin real virusla mübarizəsini təmin edir. Lakin bir çox insanda Ad5 antitelləri mövcuddur. Bu da immun sisteminin koronavirusla savaşmaq yerinə zərərsiz xəstəlik daşıyıcıları ilə mübarizə aparmasını təmin edir. Beləliklə, peyvəndlərin effekti azalır.
Oksford Universiteti və “AstraZeneca”nın birgə hazırladığı COVID-19 peyvəndi şimpanzelərdəki adenovirusu mənbə götürüb. “Johnson & Johnson”un peyvəndi isə Ad26 adlı daha nadir quruluşdan ərsəyə gətirilib. Kanada Makmaster Universitetinin doktoru Zou Xinq Oksfordun peyvəndini daha üstün hesab edir.
Filadelfiya Vistar Peyvənd İnstitutunun direktoru Hildegund Ertl isə bu peyvəndin antitellər yaranmamış insanlarda effektiv olacağını, lakin bəzilərində, onsuz da, var olduğunu bildirir.
Bəzi elm adamları isə Ad5-li peyvəndlərin QİÇS riskini artıra biləcəyindən narahatdır. Çünki 2004-cü ildə “Merck & Co.” tərəfindən aparılan Ad5 mənbəli QİÇS peyvəndi testlərində əvvəldən immun sistemi yüksək olanların QİÇS-ə səbəb olan virusa yoluxmağa daha əlverişli olduğu müəyyən edilmişdi.
2015-ci ildə aparılan başqa bir araşdırmada bu əks təsirin sadəcə QİÇS peyvəndlərində olduğu aşkarlanıb.
Rusiyanın peyvəndi ikimərhələli olacaq: birincisi Ad26, ikincisi isə Ad5. İnstitutun direktoru Aleksandr Qintsburq bu ikimərhələli formanın problemləri həll edəcəyini düşünür. Onun fikrincə, insanlarda əvvəldən Ad26, ya da Ad5 vektorlarından birinə qarşı antitel varsa, peyvəndlər koronavirusa qarşı effektiv olacaq.
Lakin mütəxəssislər Rusiya, Çin peyvəndlərinin təhlükəsiz və etibarlılığı fikirlərinə qatılmır.

Zümrüd

araz.az xəbər portalı.