cavansir feyziyevMillət vəkili Cavanşir Feyziyev Modern.az-a təbrik ünvanlayıb:

– Bu gün Modern.az saytının 11 yaşı tamam olur. Yeni xəbər, yeni üslub və yeni yanaşma axtarışlarında keçən 11 il daim sayı artan oxuculardan, bir-birini izləyən yaradıcılıq uğurlarından və ən başlıcası, Modern.az saytının timsalında cəmiyyətdə müstəqil mediaya inamın möhkəmlənməsindən ibarət olub.

Modern.az çağdaş cəmiyyətimizin modern mətbuat örnəyidir. Ölkəmizin ictimai-siyasi və mədəni-sosial həyatında baş verən hadisələrin öyrənilməsi, faktların dəqiqləşdirilməsi, təhrif olunmadan ana dilimizin ən gözəl ifadə üslubunda cəmiyyətə təqdim edilməsi Modern.az-ı müasir həyatımızın ən təmiz və ən parlaq güzgüsunə çevirib. Modern.az jurnalistlərinin fədakarlığı, cəsarəti və peşəkarlığı sayəsində hər bir oxucu bu güzgüdə düzü düz, əyrini əyri görə bilir. Tutduqları yolun müqəddəsliyinə inanan, sevdikləri peşənin təməl prinsiplərinə sadiq qalan, cəmiyyətin maraq və mənafeyinin müdafiəsində dayanan və milli-mədəni dəyərlərimizi sevə-sevə təbliğ edən Modern.az kollektivini 11 yaşı münasibətilə təbrik edir və onlara davamlı peşə uğurları arzulayıram.

Modern.az ailəsinin hər bir üzvünə möhkəm can sağlığı, xoşbəxtlik və səadət arzulayıram.

araz.az xəbər portalı.