Araz.az xəbər verir ki, GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Antiazərbaycan və irqçi fars rejimi son onilliklərdə İraqdan gətirilən mühacir kürdləri Qərbi Azərbaycan vilayətinə yerləşdirməklə Azərbaycanın əzəli ərazisi olan Qərbi Azərbaycan vilayətini kürdləşdirməyə çalışmışdır. Lakin qatı Antiazərbaycan və irqçi H.Ruhaninin hakimiyyətə gəlməsi ilə fars rejiminin Azərbaycan ərzilərini kürdləşdirmə prosesi ciddi şəkildə sürətlənmişdir. Azərbaycan türk millətinin etirazına baxmayaraq, H.Ruhani Qərbi Azərbaycan vilayətinə kürd vali təyin etməklə Qərbi Azərbaycanın Kürdüstanlaşma prosesinə start vermiş və həmin Antiazərbaycan planı sürətlə həyata keçirilir. Ciddi etiraz və mübarizə ilə planın icrasının qarşısı alınmazsa on il içində terrorçu PKK təşkilatının cızdığı uydurma “Böyük Kürdüstan” planın həyata keçməsi qətidir. Belə olduqda isə 2 milyondan artıq Azərbaycan türkünün yarısı kürd terrorçuları tərəfindən soyqırıma məruz qalcaq, digər yarısı isə namusunu, ərazisini, var-dövlətini və ev-eşiyini itirərək qaçqına çevriləcək. Ona zaman oyanmaq da gec olacaq və Qarabağdan on qat böyük faciəni kompensasiya etmək mümkün olmayacaq.
Məlumata görə, antitürk və irqçi fars hakimiyyətinin Qərbi Azərbaycana məqsədli şəkildə təyin etdiyi kürd vali Şəhriyarı İraqdan zaman-zaman Azərbaycanın bu bölgəsinə yerləşdirilən kürdlərin dövlət vəzifələrinə gətiriləcəyini açıqlayıb. Üstrəlik kürd millət vəkillərindən bəziləri göstərişlə irqçi fars rejiminin Daxili İşlər Nazirliyinə müraciət etməklə kürdlərin Qərbi Azərbaycanda hakim vəzifələrə gətirilməsini tələb ediblər. Bu isə start götürən Qərbi Azərbaycan vilayətinin Kürdüstanlaşdırma planının sürətlə həyata keçirilməsi deməkdir.
Qeyd edilən iyrənc planın qarşısını almaq üçün isə irqçi fars rejiminin məclisindəki azərbaycanlı millət vəkilləri rejimin göstərişi ilə susmağı tərcih ediblər. Yalnız Urmiya millət vəkili Ruhullah Həzrətpur kürd vali Şəhriyarının Qərbi Azərbaycanda qatı kürd millətçiliyi nümayiş etdirdiyini tənqid edib. Qarabağdan on qat böyük faciənin Azərbaycanın başına gətirilməmiş hər bir azərbaycanlı bu faciənin qarşısını almaq üçün öz vətəndaşlığı, mənsubiyyəti və tutduğu mövqeyindən asılı olmayaraq etirazını bildirməli və bu iyrənc planı həyata keçirənlərə müqavimət göstərməlidir. Bu hər bir azərbaycanlının milli və vicdan borcudur.
araz.az xəbər portalı.