bandicam 2020 09 02 22 41 58 584İran Silahlı Qüvvələrinin (SEPAH) “Qüds” briqadasının komandanı İsmayıl Qəninin Dəməşqdə öldüyü və ya ağır yaralandığı barədə məlumatlar yayılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə iddialar ərəb mediasında yer alıb. ABŞ xüsusi xidmət orqanlarının ehtiyatda olan zabitlərindən biri Maykl Pergent isə Tvitter səhifəsində “İsmayıl Qənidən sonra onun vəzifəsinə kim təyin ediləcək?” paylaşımını edib.

O, Qəninin ağır yaralandığını, ölmək üzrə olduğunu yazıb. Suriyanın “Dəclə” xəbər agentliyi də Qəninin dünən gecə saatlarında İsrail və ABŞ-ın SEPAH-ın Dəməşqdəki mövqelərinə qarşı həyata keçirdiyi hücum nəticəsində ağır yaralandığını bildirib.

Ərəb mənbələri isə iranlı generalın ağır yaralandığı, daha sonra həyatını itirdiyini iddia ediblər.

“Əl-Hədəs”in yaydığı məlumatda İsrailin “F-35” qırıcıları ilə SEPAH-ın mövqelərinə ağır zərbələr endirdiyi, nəticədə generallar – İsmayıl Qəni və Əli Məmlükün həlak olduğu deyilir.

“Əl-Mursad” qəzeti də yaydığı məlumatda İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində hər iki şəxsin öldüyü vurğulayıb. “Fox News” xəbər agentliyi isə yaydığı xəbərdə İsrail qırıcılarının Dəməşq hava limanı yaxınlığında “Qüds” briqadasına məxsus silah-sursat anbarını bombalayaraq partlatdığını yazıb.


Müəllif: Mənsur Rəğbətoğlu 

araz.az xəbər portalı.