ramiz mehdiyevRamiz Mehdiyev Adminstrasiyanın rəhbəri olduğu zamanlar idi. Yaxın bir dostum çox yaxşı siyasi-psixoloji kitablar yazırdı.

Kitabları Moskva, Vaşinqton və Bakıdakı universitetlərdə dərs vəsaiti kimi tədris edilir. Bir gün telefonda dostumla danışırdım. Mənə dedi ki, hörmətli akademikin köməkçisi ona zəng edib ki, Ramiz Mehdiyev onun mətbutda çıxan məqalələrini çox yüksək qiymətləndirir. Köməkçi həmin məqalələri dostumdan onlara göndərməsini istəyib. Dostum da həmin məqalələrdən Ramiz müəllimə göndərib. Daha sonra o, bunu mənə deyərək nəticəsinin necə olacağını soruşdu.

Mən də dedim ki, sənin həmin elmi, siyasi məqalələrini Ramiz müəllim öz adı ilə rəsmi qəzetdə və kitablarında verəcək. İkimiz də xeyli güldük. Dostumun inanmağı gəlmirdi. “Bu qədər də olmaz”,- dedi.

Lakin həqiqətən, müəllim məqalələri öz adına çıxarmışdı. Buna baxmayaraq, Ramiz müəllim dostumun administrasiyaya işə düzəlməsinin qarşısını aldı.

Məhəmməd Əsədullazadə

Visiontv.az

araz.az xəbər portalı.