bandicam 2020 09 03 00 07 08 855Türkiyəyə sentyabrın 25-dək vaxt verildi – Geri çəkilməsələr…

Avropa Komissiyası Türkiyəyə 25 sentyabradək vaxt verib.

Publika.az xəbər verir ki, komissiyanın sədr müavini Marqaritis Şinas Şərqi Aralıq dənizində Yunanıstanla Türkiyə arasındakı gərginliyə həll yolu tapılmasa, rəsmi Ankaraya sanksiya tətbiq edəcəklərini bildirib.

Yunanıstanın “Alfa” telekanalına müsahibə verən M.Şinas Türkiyənin sondaj fəaliyyətlərini dayandırması üçün son çarələr axtardıqlarını dilə gətirib.

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel 27-28 avqustda Berlində təşkil edilən toplantıda iqtisadi sanksiyalar daxil olmaqla, Türkiyəyə qarşı atılacaq addımları açıqlamışdı.

Türkiyəyə sanksiya tətbiq edilə bilməsi üçün Avropa İttifaqına üzv ölkələrin hamısının səs verməsi şərtdir.

Qeyd edək ki, Avropa İttifaqı liderlərinin 24-25 sentyabrda zirvə görüşü baş tutacaq.

 

 

 

 

araz.az

araz.az xəbər portalı.