IMG 20200901 WA0017 696x464Bu gün Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Zakari Qros ilə partiyanın ofisində görüşmüşdür. Partiyanın rəsmi dövlət qeydiyyatına alınması münasibətilə səfir Qros partiya sədrini təbrik etdi. Görüşdə Azərbaycan və Fransa üçün beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq və əməkdaşlıq baxımından önəmli olan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Bu yazını İlqar Məmmədovun səhifəsində gördüm istədim məsələyə münasibətimi bildirim.Sizə bir söz deyim bir neçə ildən sonra Avropaya inteqrasiya və Demokratiya adı ilə fikir yeritmək istəyən “Ağ Eşşəkli” oğlan başımıza olmazın müsibətlərini gətirəcək.

Sizə bir sirr açım Milli Hakimiyyət neçə illər ərzində gördüyümüz praktikadan asılı olaraq.Hansı siyasətçini və digər şəxsləri satın alıbsa hər zaman məsafədə həm də,nəzarətdə saxlayıb.
İlqar Məmmədovun alış qiyməti isə 234 min manat və 2 mandatdır, hələ biri “zamendədir” oda öz yeri.Deyəcəyim odur ki, “ağ eşşəkli oğlan” bu Dövləti satacaq həmdə dəyər dəyməzə satacaq.Realın köçürmələrini bilirsiniz də,necə olur?Qanuni və hüquqi yola köçürüləcək pulları.

Nəzərinizə çatdırım ki,bir zamanlar Ramiz Mehdiyev bu tip oyunlar aparırdı,necə ki,Axcp ni gücləndirdi ki, İsa Qəmbəri oyundan uzaqlaşdırsın.İndi isə zamanında iri məmurlar tərəfindən böyük maliyələr yatırılan Axcp, Azərbaycan Dövlətinin ayıbına çevirilib artıq.İndi isə həmin dəsti xətlə Qocanın varisi Zeynal Nağdalıyev təkrar edir.Realı gücləndirib Axcpni sıradan çıxartmaq istəyir.

Bu cür taktika böyük oyun deyil böyük yalnışlıqdır!!
Adminstrasiyada əyləşən hələdə sovet təfəkküründə qalan bəzi məmurlar anlamalıdır ki,siyasi partiyaları Xalq özü linc edir hakimiyyət yox.Bu oyunları Xalqın əlinə oynamaq lazımdır.Satın alacağınız şəxslərə verdiyiniz maliyə vəsaitlərini Xalqın sosial təminatına yönəltmək gərəkdir.

Son siyasi proseslərdə Azərbaycan Xalqı bütün siyasi partiyaları zatən linc etmişdi və səsləri,özləri belə yox idi çün ki,Xalq artıq Ali Baş Komandanın İnamlı,güclü,nüfuzlu lider olduğunu anlayırdı.

Bu cür suni canlanma nəyə gərək idi?təbiki Cənab Ali Baş Komandana yalan danışıb böyük məbləğlərdə maliyə vəsaiti yemək və Xalqla hakimiyyət münasibətlərini soyutmaqdır,Xalqa çirkin ikili siyasət kursunu keçməkdir!

Dediklərim subyektiv fikirlərimə görə bu tip yalnışlıqlara son vermək gərəkdir!
Bu kimi yalnışlıqlar Azərbaycanın gələcək siyasətinə heçbir xoş vəd vermir.

Milli Fədailər Hərəkatının sədri: Fuad Muradov \\Kanal20

araz.az xəbər portalı.