bandicam 2020 09 03 09 25 40 471Hüquq üzrə fəlsəfə doktoru İlqar Altay özünün “Facebook” səhifəsində Baş Qərargah rəisi Nəcməddin Sadıqov barədə daha bir yazı paylaşıb. Bizimxeber.az yazının gündəm olduğunu nəzərə alıb oxucularına təqdim edir.

İlqar Altay yazır: Oxucular xahiş edir ki, Nəcməddin Sadıqovun haqqında apardığımız ilkin müstəqil təhqiqat zamanı, onun barəsində istintaq araşdırması aparıla biləcək bəzi halları dərc edək.

Buyurun:

1. 1988-ci ildə ilk dəfə Bakıda Fövqəladə Vəziyyət elan olunandan SSRİ SQ tərkibində Azərbaycana ezam olunarkən fəaliyyəti.
2. 1990-cı il 20 yanvar hadisələri zamanın indiki Göygöl (o zaman Xanlar) rayonunun hərbi komendantı təyin edilib. Xanlar rayonunda komendant olduğu dövrdə erməni əhalinin silahlandırlılması və digər yerli əhalinin silahlarının yığılması barədə fəaliyyəti.
3. 1992-ci ilin əvvəli Rusiyada alay komandiri müavini, podpolkovnik rütbəsində xidmətdə olduğu, Rusiyada doğulub, vətəndaşı olduğu, yalnız rus dilində danışdığı halda və Rusiya ordusunun da ermənilərə kõmək mõvqeyinin guya əksinə gedib(!?) qəflətən Azerbaycanda, on cəbhədə komandir kimi peyda olması və sonra da Rusiyadan təltiflər, “geroy” alması!!?
4. 1992-ci ilin sonlarında cəbhədə bõlmelerimizin hücum əməliyyatlarının provakasiya nəticəsində dayandırılması.
5. 1993-cü ilin əvvəlindən başlayaraq Azərbaycan ərazilərinin işğalı senarisinin başlanması ve davamında hərbi komandir kimi rolu. Və bu ssenari bitdikdən sonra, işğal durumunun saxlanmasında baş qərgah vəzifəsinə (1993 noyabr) təyininden sonrakı rolu.
6. 1994-cü il Kəlbəcəri işğaldan azad etmək məqsədilə qış əməliyyatının keçirilməsi və həmin əməliyyatda 5000-ə qədər hərbi qulluqçunun itrilməsi.
7. Sonrakı dövrlərdə ölkəmizdə və ya xaricdə təhsil alan peşəkar hərbi qulluqçuların vaxtından əvvəl xidmətdən uzaqlaşdırılması.
8. Rusiya ilə bağlı heçbir xidmət olmadığı halda və Azərbaycanda xidmət edib layiq bilinmədiyi halda Rusiyada (Dağıstan milli qəhrəmanı) milli qəhrəman elan edilməsi.
9. MN-də xüsusi mühüm vəzifələrə (arxiv) rus vətəndaşları olmuş şəxslərə təyinat verilməsi.
10. Əsaslı rüşvət və korrupsiya faktları, dõvlətə orduya məxsus sahələrin zəbt edilib şəxsi villa və digər mülklər tikilmesi.
11. Aprel döyüşləri zamanı tutulmuş ərazilərin yenidən boşaldılması və yüksək rütbəli hərbi qulluqçuların pusquya düşməsi.
12. 2017-ci il bir qrup hərbi qulluqçuların vətənə xəyanətlə ittiham olunması, onların bir qisminin öldürülməsi və sonradan öldürülənlərin bəzilərinə bəraətin verilməsi, bu hadisələrin ordu daxili mənəvi psixoloji vəziyyətə mənfi təsiri.
13. 2020-ci il iyulda düşmən tərəfin Tovuz təxribatında general Polad Həşimov və bir neçə yüksək rütbəli zabitlərimizin eyni yer və vaxtda dusmenin sərrast atəşi ilə vurulması məsələsi..

Bir çox əsaslı mətbuat məlumatları və hadisə, proses iştirakçılarının mətbuata sızdırdığı xeyli informasiyalar..

Bizimxeber.aznecmeddin20sadiqobv20kohne

araz.az xəbər portalı.