22-08-2020-də Qəbələdən Azər İsmayılov adlı sahibkarıpın dövlət başçısına müraciətini dərc etmişdik.
“Prezidentə ŞOK müraciət: Qəbələdə korrupsiya, özbaşınalıq baş alıb gedir: Subuhi Abbasovun icazəsi ilə alınan rüşvətlər, “qaranlıq” tenderlər, satılan torpaqlar və daha nələr….”
(https://teref.az/manset/163393-prezidente-sok-muraciet.html)
Bu müraciətdən sonra Qəbələ İcra Hakimiyətinin Qəbələ rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdürü Nazir müəllim redaksiyamızla əlaqə saxlayaraq bu adamın yazdıqlarının hamısının böhtan olduğunu və Azər İsmayılovun ruhi xəstə kimi uçotda durduğunu dedi və bu dediklərini yazılı surətdə elektron poçtumuza göndərdi və bizdə qarşı tərəfin mövqeyi kimi dərc etdik.
“Qəbələ İcra Hakimiyəti operativ tənqidə cavab verdi – MÖVQE”
(https://teref.az/sosial/163407-qebele-cra-hakimiyeti-operativ-tenqide-cavab-verdi-movqe.html)
Lakin bu günlərdə Qəbələ sakini olan sahibkar Azər İsmayılov Qəbələ İcra Hakimiyyətinin yalan danışdığını və yalan məlumat verdiyini yazaraq, bunu sübut edən ŞOK arayışları təqdim etdi.
Azər İsmayılov deyir ki, onu, özünün də xəbəri olmadan, 1997-ci ildə Qəbələ Rayon Mərkəzi Xəstəxanasında ruhi xəstə kimi qeydiyyata alıblar. Dediyinə görə, o, məsələ barəsində bu yaxınlarda xəbər tutub: “2018-ci ilin iyununda mənə məxsus müəssisədə oğurluq oldu. Qəbələ Rayon Prokurorluğuna rəsmi müraciət etdim. Ancaq şikayətim təmin olunmadı. Qərarla tanış olanda mənə məlum oldu ki, 1997-ci ildən Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin psixiatriya kabinetində “şizofreniya paranoid forma” diaqnozu ilə qeydiyyatdayam. Buna görə də ərizə yazmaq hüququm yoxmuş və yazdığım şikayət ərizələrinə baxılmayıb”.
Azər İsmayılov bildirir ki, bunu öyrənədən sonra, 06.08.2019-cu il tarixdə Qəbələ RMX-nin baş həkimi Sabir Bayramova rəsmi məktub yazıb: ““Psixatriya yardımı” haqqında Qanunun 7-ci maddəsinin 5-ci bəndinə əsalanaraq, mənə hansı əsaslarla, kimlərin müraciəti ilə ruhi xəstə kimi qeydiyyata alındığım, bu barədə rəsmi sənədləşmələr həyata keçirilib-keçirilmədiyi, harada və hansı müalicə kurslarını keçdiyim barədə yazılı məlumat verilməsini xahiş etdim. Məktubuma 20 avqust 2019-cu il tarixdə cavab alsam da, suallarıma heç bir cavab yazılmamışdı. Ancaq Sabir həkim deyir ki, mən ruhi xəstəyəm”.
“Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində sənədlərlə tanış olanda isə mənə məlum oldu ki, mən heç bir əsas olmadan, heç kimin müraciəti olmadan ruhi xəstə kimi qeydiyyata alınmışam. Qeydiyyata alınarkən heç bir rəsmi sənədləşmə həyata keçirilməyib. Heç bir xəstəxanada müalicə almamışam, heç bir müalicə kursu keçməmişəm. Qeydiyyatdan çıxmaq üçün Bakı Psixi Sağlamlıq Mərkəzindən rəy alıb, bunlara tədim etməliyəm. Əgər mən indiyədək hər hansı psixi xəstəliklə bağlı xəstəxanaya müraciət etməmişəmsə, nəyə görə Bakı Psixi Sağlamlıq Mərkəzinə müraciət etməliyəm?”, – deyə A.İsmayılov əlavə edir.
Azər İsmayılov onu da iddia edir ki, bu, Qəbələ RMX-nin baş həkiminin qərəzli fəaliyyətinin göstəricisidir: “1995-ci ildən baş həkim işləyən Sabir Bayramov Prezidentin sahibkarlarla bağlı fərmanlarını tanımır, ölkə başçısına qarşı çıxır, vəzifə saxtakarlığına, vəzifədən sui-istifadəyə yol verir, sahibkarları bilərəkdən şantaj edir. Onun bu özbaşına əməlləri nəticəsində mən sahibkarlıq fəaliyyətimi inkişaf etdirə bilmədim. Biznesimə külli miqdarda ziyan dəydi, müəssisəmdə çalışan 20-30 nəfər işçi işsiz qaldı”.
Azər İsmayılov onu da qeyd edir ki, 1999-cu ildə Yeni Azərbaycan Partiyasının (YAP) Qəbələ rayon təşkilatının qurulmasında yaxından iştirak edib: “2000-ci ildən isə YAP-ın üzvüdür”.
Azər ismayılov xəstə olmadığını sübut etmək üçün könüllü surətdə Şəki PX-nda müayinədən keçmiş və onda heç bir psixi anormallıq aşkar edilməmişdir.
Və bu arayışa əsasən 24.09.2018 ildə psixi xəstə kimi qeydiyatdan çıxarılıb. 11 illik mücadilədən sonra xəstə olmadığını sübut edib.
Ən maraqlısı isə odur ki, Qəbələdə sahibkar Azər İsmayılovu susdurmaq üçün SSSR-i dövrünün məşhur kimi istəsən psixi xəstə elan etmək təcrübəsindən yararlanıblar. Ancaq deyəsən indiki məmurlar sovet dövrünün məmurlarından bir az insaflı olub.Yəni Azər İsmayılovu məcburi müalicə adı ilə psixatrik xəstəxanaların birində “həbs” etməyiblər və ya daha bu qədərinə gücləri catmayıb. Axı təqdim etdiyimiz arayışlardanda görünür ki, Azər İsmayılov tam sağlam, sözlərinə və hərəkətlərinə görə cavab verən adamdır.
Əslində bunları keçmiş saya biərdik, lakin burda maraqlı olan bir şey var. Qəbələ rayon İcra Hakimiyyətinin məsul şəxsləri rayonda baş verən cinayətləri ört basdır etmək üçün heç nədən qorxmadan belə yalanlara əl atırlar.
Ən azından 24.09.2018-ildən tam sağlam olduğu haqda bütün müayinələrdən keçmiş adamı susdurmaq üçün 22-08-2020 il tarixdə saytımıza göndərdikləri cavabda onu lap axır zamana qədər rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin psixatriya kabinetində “Şizofreniya paranoid forma” diaqnozu ilə qeydiyyatda olduğunu qeyd edirlər. Yəni bu adam psixi xəstədir və dediklrinə inanılmaz.
Görəsən rayonda baş verən qanunsuzluqlara, özbaşınalıqlara etiraz edənləri bundan sonra daha hansı yoolarla zərərləşdirəcəklər.
Axı atalar demişkən “Yalan ayaq tutar, amma yeriməz!”
Qeyd etmək istəyirik ki, Qəbələ İcra Hakiiyyətindən cavab almaq istəsəkdə buna müvəffəq ola bilmədik. Əməkdaşımızda Qəbələdə Azər İsmayılovla görüşərək, onun dediklərinin əksi olan heç bir fakt müşahidə etmədi. Qəbələdə əməkdaşımızın gördükləri və eşitdikləri barədə xüsusi reportajımızı yaxın saylarmızda oxuya bilərsiniz. Bizi izləyin..
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!/teref.az/
araz.az xəbər portalı.