mgt5872Diasporpress.az İnformasiya Portalı olaraq, daima Azərbaycan diasporundakı yenilikləri, baş verən müsbət və mənfi hadisələri araşdırmağa, bu sahədəki real vəziyyəti işıq tutmağa çalışmışıq. Bu baxımdan Rusiyadakı Azərbaycan diasporunun fəaliyyəti də daima diqqət mərkəzimizdə olub. Bu ölkədəki diasporumuzun gördüyü mühüm işləri təqdir etməklə, yanaşı, zaman-zaman diaspor adı altında düşmən maraqlarına xidmət edən şəxs və qurumları da ifşa etmişik.

Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun “arvadı”nın erməni olması və qızını da erməniyə ərə verməsi faktını ilk dəfə olaraq, Diasporpress.az üzə çıxararaq, ifşa edib. Hesab etmişik ki, Moskvada Azərbaycan diasporunun liderliyinə iddia edən şəxsin və ailəsinin milli mənsubiyyəti çox önəmlidir və bədnam düşmənimiz ermənilərə qohumluq əlaqəsinə girənlər bu posta layiq ola bilməz.

Portalımızın bu məsələni gündəmə gətirməsi haqlı olaraq, Azərbaycan ictimiayyətinin və mediasının da diqqətini çəkmişdi. Ölkəmizin milli maraqlara xidmət edən bütün media qurumları diaspor liderliyinə iddia edən bu şəxsin ermənilərlə qohumluq əlaqəsinə girməsini kəskin şəkildə pisləmişdir.

Lakin əldə etdiyimiz məlumata görə, Azərbaycanda fəaliyyət göstərən Dosye.org saytı erməni maraqlarına xidmət edən və düşmənlərimizlə qohjum olan Ağadadaş Kərimov və onun yalnız özündən və qohumlarından ibarət olan təşkilatənın təbliğatı ilə məşğuldur. Dosye.org-a daxil olan kimi, saytın manşetində erməni xislətli Ağadadaş Kərimovun təşkilatının banneri yerləşdirilib və onun müsbət imicinin yaradılmasına çalışılır.

Müvafiq olaraq, Ağadadaş Kərimovun təşkilatının rəsmi saytında Dosye.org-un banneri yerləşdirilib.

İlk baxışda bu sıradan bir fakt kimi görünsə də, əslində erməni maraqlarına xidmət edən təşkilatla Azərbaycanda fəaliyyət göstərən bir saytın bu sayaq əməkdaşlığı çox təhlükəli bir tendensiyadır.

Düşünürük ki, bu sadəcə bir media-diaspor əməkdaşlığı deyil. Həmkarlarımızı erməni xislətli şəxsləri təbliğ etməkdən çəkinməyə çağırırıq!

Mövzu diqqətimizdədir.

 

 

 

Diasporpress.az

araz.az xəbər portalı.