Hurriyyet.org xəbər verir ki, Şərqi Aralıq dənizində Yunanıstanla Türkiyə arasındakı gərginlik yunan ordusunun Meis adasına hərbçi toplaması ilə daha da ağırlaşıb. Baş kontr-admiral, elmlər doktoru Cihat Yaycı Yunanıstanın Şərqi Aralıq dənizində Türkiyəyə qarşı mövqeyini qiymətləndirib.
Çihat Yaycı Yunanıstanın qeyri-qanuni şəkildə Türkiyənin Şərqi Aralıq dənizindəki hüquqlarını qəsb eləməyə çalışdığını vurğulayaraq deyib: “Bu vəziyyət hüquqi, legitim təmələ əsaslanmır, lakin siyasi zəminə əsaslandırmağa çalışırlar. Onun üçün də tarix boyunca olduğu kimi, avropalı dövlətlərə arxalanaraq, Türkiyəyə təzyiq göstərməyə və ölkəni genişləndirməyə çalışırlar. Bu qəbuledilməzdir. Türkiyənin 1870 km sahili var və o, Şərqi Aralıq dənizində ən uzun sahilə malik bir ölkədir. Yunanıstanın isə Şərqi Aralıq dənizinə baxan adalarının sahillərinin uzunluğu 167 kilometrdir. Çox maraqlıdır ki, Yunanıstan adalarının arasındakı məsafəni də quru əraziləri fərz etməyimizi tələb edirlər.
Yunanıstan: “Meisdən Kirtə qədər bütün dəniz sahələrini torpaq olaraq qəbul edin və buna görə də Şərqi Aralıq dənizinin yarısı mənim hesab edilməlidir,” – deyir. Bu, dünyada görünməmiş bir şeydir”.
araz.az
araz.az xəbər portalı.