MƏNBƏ MƏLUMATLARINA ƏSASƏN ANALİZLƏRİMİZ BİZƏ NƏ DEYİR?
ÜMİDTV.com: Xəbər verdiyimiz kimi bu ilin sentyabr ayının 15-də Türkiyə vətəndaşı olan azərbaycanlı xeyirsevər iş adamı, milyonların sevimlisi Mübariz Qurbanoğlu Mənsimovun məhkəməsi olacaq. Bu günü dünyanın hər yerində vətən oğluna azadlıq deyən milyonlarla MÜBARİZLƏR səbirsizliklə gözləyirlər. Mübariz Mənsimovun azadlığını istəyən MÜBARİZSEVƏRLƏR sentyabrın 15-də Türkiyə məhkəməsinin ədalətli qərar verəcəyinə inanırlar.
Belə ki, bu müddət ərzində apardığımız araşdırmalar və cərəyan edən hadisələrin analizləri bizə nə deyir ?
Qərəzsiz mənbələrə istinadən apardığımız araşdırmalar onu göstərir ki, Mübariz Mənsimova qarşı irəli sürülən Feto/Pdy ittihamı üzrə istintaq orqanının ortaya qoyduğu dəlillər, möhtəbər sübutlarla təsdiqini tapmadığından, bu hissədə Mübariz Mənsimovun təqsirsizliyi sübuta yetmiş hesab olunur. Bu vəziyyətdə məhkəmənin həmin ittihamı cinayət işindən çıxaracağı söhbətin əsas mövzusudur. Feto/ Pdy ittihamı üzrə sübuta yetməyən dəlillər əsasında töfsif edilən maddi normanın ittihamdan çıxarılması, Mübariz Mənsimovun bərahət alması deməkdir. Mövcud cinayət işinə hüquqi baxış da məhz bunu tələb edir. Mübariz Mənsimov günahsızdır və bəraətlə azadlığa buraxılmalıdır.
Belə olan halda bəs cərəyan edən hadisələrin hüquqi analizləri bizə nədən xəbər verir ?
Əslində hadisələrin ümumi baxışı Mübariz Mənsimovun günahsızlığını şəksiz təsdiq edir. Bu şübhəsiz təsdiqetmə Mübariz Mənsimovun həbs olunmasında maraqlı olan dairlərin maraqlarına zidd olsa da, zamanın çərxi haqqın qarşısında istiqamətini düzxətt üzrə dəyişdirmək məcburiyyətində qaldığından, işdə maraqlı olan dairələrin hazırladıqları kəndirin öz boyunlarına keçəcəyi də istisna edilmir. Kəndirin öz boyunlarına keçəcəyi qorxusu səbəbi ilə bu işdə maraqlı olan dairələr, məhz bu baxımdan məhkəmənin sentyabr ayının 15-də yekunlaşmaması üçün bütün imkanlarını səfərbər ediblər. Lakin ağalarının buyruqlarını şərəfsizcəsinə icra edən bu maraqlı dairələrin mənsubları xəyallarına belə gətirməzdilər ki, sonda ağaları ipi onların öz boyunlarına keçirəcəklər. Çünki ağaları yaxşı bilirlər ki, bu tipdə olan məxluqlar çətin məqamlarda ağalarına belə xəyanət edəcəkləri şübhəsizdir. Bu relllığa əsaslanan hadisələrin, bu günə qədər cərəyan edən tərəfidir. Sentyabrın 15-dək hadisələrin əks tərəfə cərəyan edəcəyi isə, bu əksin 1%-ni təşkil edir. Hüquqi ədalətin tarixi kökü olan Türkiyə dövlətinin məhkəmə sisteminin bu 1%-ə təslim olacağının hüquqi qüvvəsi isə 0-rə bərabərdir.
Mövzunu çox uzatmağa ehtiyac duymadığımızdan, inanırıq ki, saxta ittihamlarla təqsiri olmadan bu günə qədər həbsdə saxlanılan vətənsevər Mübariz Qurbanoğlu Mənsimov sentyabrın 15-də bəraət alacaq və o gün şanlı bir səhifə kimi Türkiyə və Azərbaycanın tarixində BATİLİN ÜZƏRİNDƏ HAQQIN QƏLƏBƏSİ kimi həkk olunacaq. Mübarizlər üçün isə həmin gün MÜBARİZLƏR GÜNÜ kimi qeyd olunacaq.
Rəhman Cəbiyev / ÜmidTv Azərbaycan
araz.az xəbər portalı.