1599129835 merkezi bankMüflis olan “Bank Standart”ın əmanətçiləri cümə axşamı Mərkəzi Bankın binası qarşısında etiraz aksiyası keçiriblər. Onlar əmanətlərinin qaytarılmasını, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun açıqlama verməsini tələb ediblər, onu “oğru” adlandırıblar. Əmanətçilər “Bank Standart” pulumuzu qaytar!” və “Elman çıx, oğru, çıx!” şüarlarını səsləndiriblər.

Reyting.az “Turan” İnformasiya Agentliyinə istinadla xəbər verir ki, aksiyaçıların tələbinə məhəl qoyulmayıb, bankdan heç kim çıxmayıb, polis isə aksiyanın gedişinə müdaxilə etməyib.

Qeyd edək ki, Əmanətçilər Komitəsinin sədri Şahin Əhmədov bu ilin yanvarında “Turan” agentliyinə bildirib ki, 10 mindən çox Azərbaycan vətəndaşı “Bank Standart”dan pulunu almayıb. Onların arasında 30 min dollara qədər vəsait qoyanlar 400 nəfərdir.

“Bank Standart” 2016-cı ilin oktyabrında müflis elan edilib.

{loadmoduleid 265}

1599129697 090300030407

araz.az xəbər portalı.