sebineeliyeva 750x403Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə (12 rayon), Cəlilabad (9 rayon), Şəki (8 rayon) və Qubada (6 rayon) yerləşən Regional Mərkəzləri ətraf rayonlardakı ucqar kəndləri də əhatə etməklə uğurla fəaliyyət göstərir

Demokrat.az-a bu barədə Ombudsman Aparatından məlumat verilib.

Məlumatda qeyd olunur ki, mərkəzlər öz fəaliyyətini əsas etibarilə, əhalinin Müvəkkilə ünvanlanan müraciətlərinin təqdim edilməsi üçün nəqliyyat və poçt xidmətlərinin ödənilmə zərurətini aradan qaldırmaqla asanlaşdırılması, şikayətlərin yerində araşdırılması, mütəmadi olaraq yerlərdə hüquqi maarifləndirmə işinin aparılması istiqamətində həyata keçirir.

Bölgələrdə vətəndaşların Ombudsmana çatımlılıq imkanlarının artırılması, ucqar yerlərə səfərlərin daha sıx təşkili, müraciətlərin yerində və effektiv araşdırılması, azadlıqdan məhrumetmə yerlərində, habelə şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərdə monitorinqlərin aparılması, hüquqi maarifləndirmə tədbirlərinin daha da intensivləşdirilməsi və ümumilikdə, Müvəkkilin yerlərdə fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Ombudsmanın tapşırığı əsasında bu gün Regional Mərkəzlərin hər biri yeni nəqliyyat vasitəsi ilə təmin edilib.  

18:26

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) “İdeal Motors” MMC ilə maliyyə dəyəri 82 000 AZN olan müqavilə imzalayıb. 

Demokrat.az “yenisabah.az”a istinadən xəbər verir ki, Ombudsman bu məbləğə şirkətdən nəqliyyat vasitəsi alıb. 

“İdeal Motors” MMC  “Performance Center” şirkətinin rəsmi dileridir. Bu şirkət əsasən “Chevrolet”, “Baic” və “Jak” avtomobillərinin satışını həyata keçirir.

Ombudsmanın şirkətdən bir, yoxsa bir neçə avtomobil aldığı bəlli deyil.

Azərbaycanda İnsan hüquqları üzrə Müvəkkil Səbinə Əliyevadır. O, deputat Siyavuş Novruzovun həyat yoldaşıdır. Bir müddət əvvəl Səbinə Əliyeva və Siyavuş Novruzov xüsusi karantin rejimi dövründə təşkil edilən akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirak etdiklərinə görə gündəmə gəlmişdilər. Sonradan Siyavuş Novruzov bəyanat yayaraq Ramiz Mehdiyevin onları aldatdığını bildirib. 

araz.az xəbər portalı.