Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkelin videokonfrans formatında görüşü olub.
Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsindən yayılan açılamada bildirilib.
Telekonfransda hər iki lider Şərqi Aralıq dənizi əsas olmaqla bölgədəki vəziyyəti müzakirə ediblər və bunun ardınca Prezident Administrasiyası acıqlama yayıb.
Açıqlamada bildirilib ki, Şərqi Aralıq dənizindəki gərginliklə əlaqədar Türkiyə özünün və Şimali Kipr türklərinin mənafeyini sonadək qoruyacaq, eləcə də Türkiyə dənizkənarı ölkələrin hüquqlarının tapdalanmamasına tərəfdardır. Yunanıstan və Cənubi Kipr Respublikası bu prinsipləri pozur, bəzi ölkələr isə onların bu haqsız mövqeyini müdafiə edir. Açıqlamada Şərqi Aralıq dənizindəki gərginliyə dəstək verən ölkələrin regional sülhə ciddi zərər verdiyi də vurğulanıb.
Həmçinin açıqlamada Angela Merkelin bu problemin həllinə göstərdiyi cəhdlərin də təqdirəlayiq qarşılandığı qeyd edilib.
Qeyd edək ki, videokonfransda Türkiyə tərəfdən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hulusi Akar, Milli Təhlükəsizlik Təşkilatının sədri Hakan Fidan, PA-nın Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun, Prezidentin mətbuat katibi İbrahim Qalın iştirak ediblər/APA.
Mia.az xəbər verir ki, Merkellə görüş davam edərəkən NATO-nun Baş katibi Yens Stoltenberq bəyanat yayıb.
O bildirib ki, Yunanıstan və Türkiyə Şərqi Aralıq dənizində insident və toqquşma riskinin azaldılması üçün mexanizmin yaradılması ilə bağlı texniki danışıqların bərpasına razılıq verib.
Baş katibin sözlərinə görə, hər iki ölkənin liderləri ilə danışıqlardan sonra Yunanıstan və Türkiyə Şərqi Aralıq dənizində insident və toqquşma riskini azaltmaq üçün hərbi dekonflikasiya ilə bağlı mexanizmin yaradılması istiqamətində NATO-da texniki danışıqlara getməyə “hə” deyib: “Yunanıstan və Türkiyə dəyərli müttəfiqlərdir, NATO isə bizim ortaq təhlükəsizliyimizə təsir edəcək bütün məsələləri müzakirə etmək üçün vacib platformadır. Gərginliklərə NATO-nun həmrəyliyi ruhunda həll tapılması üçün mən bütün müvafiq tərəflərlə yaxın təmasdayam”.
Türkiyə XİN NATO Baş katibinin bu bəyanatına operativ reaksiya verərək, heç bir ön şərt irəli sürmədən danıışıqlara hazır olduğunu bəyan edib: “Türkiyə Şərqi Aralıq dənizində adil və haqlı paylaşmanın tərəfdarı kimi, problemin həlli ilə bağlı görüşə hər an hazırdır. Hesab edirik, Yunanıstan da NATO Baş katibinin bu qərarına müsbət yanaşmalıdır”.
MİA.AZ
araz.az xəbər portalı.