Rəqqasə-aktrisa Oksana Rəsulova Xəzər televiziyasında aparıcılıq edəcək.
araz.az xəbər verir ki, bu haqda Teleqraf.com-a Oksana Rəsulovanın özü məlumat verib:
“Xəzər televiziyasında aparıcılıq edəcəyəm. Veriliş analar və uşaqlar haqqında olacaq. Hələlik ümumi formatı bilmirəm. Hazırda veriliş hazırlanır və yeni mövsümdə efirə gedəcək. Bu haqda geniş açıqlama verə bilmərəm. Gərək Xəzər televiziyasından icazə alım. Bir şeyi deyə bilərəm, aparıcı kimi fəaliyyətə başlayıram”.
Qeyd edək ki, Xəzər televizyasının rəhbəri Murad Dadaşovdur.
araz.az xəbər portalı.