bandicam 2020 09 05 13 32 18 548Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu xaricdən Azərbaycan hakimiyyətinin ünvanına sərt ittihamlar səsləndirən qardaşı Qurban Məmmədovla bağlı iddialara cavab verib.

Sərdar Cəlaloğlunun Yenisabah.az-a danışdıqlarını təqdim etməmişdən öncə yada salaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev və Prezidentin keçmiş köməkçisi Əli Həsənovun Qurban Məmmədova dəstək verməsi barədə iddialar var.

Bildirilir ki, Qurban Məmmədov Nərimanov rayon icra hakimiyyətinin əməkdaşı Nurlan Həsənovla sövdələşməyə gedərək, saxtakarlıq yolu ilə ona aid olan mənzilin sahəsini sənədlərdə 480 kv.metr kimi rəsmiləşdirib.

2011-ci ildə “Gilan” MMC-yə məxsus olan “AzərTrans” MMC tikinti aparmaq üçün ərazidə söküntü işlərinə başlayıb, Məmmədov təzminat olaraq ona verilən daşınmaz əmlakı qəbul etməyib. Bundan sonra Əli Həsənov rayon icra başçısı Abdin Fərzəliyevə “məsələni həll etməyi” tapşırıb.

Fərzəliyev məsələni uzatmağa çalışıb, amma Ramiz Mehdiyev ona zəng edib və məsələni dərhal Məmmədovun xeyrinə həll etməyi əmr edib. Nəticədə Məmmədova M. Nağıyev küçəsi, 2 a ünvanında tikilən binada üç mənzil verilib. Bu mənzillərin ümumi sahəsi 306,5 kv.m. təşkil edib.

Bundan başqa, Məmmədova 909 kv.m. sahəsi olan qeyri-yaşayış məkanı və 80 kv. metrlik qaraj verilib.

Məmmədov saxtalaşdıma yolu ilə ümumilikdə “Atlant İnşaat” şirkətinin binasında 1295.5 kv. m. ərazi əldə edib.

Məmmədovun bu sahə üçün 1.324.000 manat (təxminən 800 min dollar) ödəməsi haqqında iddialara baxmayaraq, faktiki olaraq, bu pul ödənilməyib.

Sərdar Cəlaloğlu: “Qurban Məmmədov evləri Kəmaləddin Heydərovdan alıb”
Q. Məmmədov

Reyting.az-ın məlumatına görə, Sərdar Cəlaloğlu iddia edir ki, deyilənlər böhtandır. Onun sözlərinə görə, Qurban Məmmədov Ramiz Mehdiyev və Əli Həsənovla düşməndir. “Qurban Məmmədovun 5 saylı xəstəxanın yanında 450 kvadrat metrlik ev və həyətyanı sahəsi var idi. Oranı Kəmaləddin Heydərovgil sökürdülər. Qurban Məmmədova da dəyərindən çox-çox aşağı pul təklif edirdilər. O vaxt Qurban Məmmədov “Hürriyət” qəzetində Kəmaləddin Heydərovun əleyhinə yüzlərlə məqalə yazıb. Ondan sonra belə razılıq əldə olundu ki, Qurban Məmmədova Montində həmin evin dəyərində 5 mənzil verildi. Mənzillərin təmirini də öz üzərlərinə götürdülər. Yəni, bu evləri Ramiz Mehdiyevlə Əli Həsənovun verdiyi sadəcə böhtandır. Qurban Məmmədov o evləri Kəmaləddin Heydərovu biabır edə-edə alıb. Gedib araşdıra, “Hürriyyət” qəzetinin arxivinə baxa bilərsiniz”, – deyə ADP sədri bildirib.

S. Cəlaloğlunun sözlərinə görə, Q. Məmmədovla Ə. Həsənov eyni vaxtda oxusalar, tələbəlik illərində bir otaqda qalsalar da, indi düşməndilər. “Qurban Məmmədov vəkillikdən çıxarılandan sonra hakimiyyətin əleyhinə sərt tənqidlər səsləndirirdi. Bir dəfə ABŞ səfirliyində tədbirdə Əli Həsənov mənə yaxınlaşıb dedi ki, Qurbana de, tənqidləri dayandırsın, bu məsələni həll edərik.

Əli Həsənov Qurban Məmmədovla eyni vaxtda oxuyub, bir otaqda qalıblar. Hələ mərhum Heydər Əliyevin dövründə Qurban Məmmədov həbs ediləndə Əli Həsənov yazmışdı ki, Qurban Məmmədov dostumdur, amma günahı var. Yəni, münasibətlərimiz olub. Nə isə mən Əli Həsənovun dediklərini Qurban bəyə çatdırdım, o da tənqidləri dayandırdı. Amma bir neçə ay keçdi, onu Vəkillər Kollegiyasına bərpa etmədilər. Qurban da gəlib mənə dedi ki, Əli Həsənov onu aldadıb. Bundan sonra onlar düşmən olublar. Eynilə Ramiz Mehdiyevlə də oxşar münasibətdədir. Yəni, düşməndilər. Çünki onun vəkillikdən çıxarılmasında Ramiz Mehdiyevin xüsusi rolu olub. Hətta bu məsələyə görə mənimlə də münasibəti kəskinləşdi. Qurban Məmmədov avantüristdir, stabil adam deyil, amma bu məsələdə deyilənlər böhtandır”, – deyə partiya sədri bildirib.

 

 

 

 

araz.az

araz.az xəbər portalı.